Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xanımlar, ehtiyatlı olun: Bu geyimlər xəstəlik mənbəyidir - FOTO
Tarix: 24-05-2017 | Saat: 20:31
Bölmə:Karusel / Qadınlar / Maraqlı / Foto-fakt | çapa göndər


Mövsüm dəyişərkən yeni aldıqları burnu açıq ayaqqabılardan tutmuş sırğalara qədər göstərmək bir çoxun xanım üçün ən böyük zövqdür. Amma hətta manikenlərin də dəb sevgisi ucbatından qarşılaşdıqları bir çox problemlər var. Çünki dəb çox zaman insan sağlamlığına baha başa gəlir.
Bədənə ziyanı olan dəbli geyimlərlə xanımları tanış edirik:
Cins şalvarlar
Göbəyi içəri çəkib bədəni sıxaraq cins şalvarların içinə girməyə çalışan xanımlar çoxdur. Bu cür dar cinslər ayaqların, göbəyin quruluşunun pozulmasına səbəb olur. Üstəlik, əzələlərin getdikcə şişməsinə və qanamasına səbəb ola bilər.

Alt paltarları
Hər qadının ən az bir dənə seksual alt paltarı var. Ancaq xüsusilə bikinilər sidik yolu infeksiyasına yol açır. Şalvarlar və yay paltarları üçün uyğun olan bikiniləri tez-tez geyinmək hemoroidin yaranmasına səbəb ola bilir.
Hündürdaban ayaqqabılar
Hündürdaban ayaqqabılar bədəni düz, boyu uzun göstərir. Hər qadına yaraşır. Ancaq bu gözəllik sizə sağlamlığınız bahasına başa gələ bilər. Əgər uzun müddət bu cür ayaqqabı geyinsəniz, kürəyiniz, ayaqlarınız və orqanlarınıza ağrı verərsiniz.

Uzun burun ayaqqabılar
Uzun burun ayaqqabılar barmaq uclarına təzyiq edərək ayaqlarınızın şişməsinə səbəb ola bilir.

Aksessuarlar
Dəbdəbəli aksessuarlar qadınların sevimli və vazkeçilməz əşyalarıdır. Amma uzun müddət ağır sırğalar, boyunbağılar və qolbaqlar taxsanız, bu, bədəninizdə ağrıya səbəb olar. Məsələn, çox ağır boyunbağının onurğanı zədələmə ehtimalı yüksəkdir.

Korsetlər
Düzdür, korsetlər bədənə forma verir. Lakin bütün orqanları, bədəni sıxması bir çox xəstəliyə səbəb olar. Mədənin fəaliyyətinin pozulması, reflüks və sinir zədələnməsi bu xəstələrdən yalnız bir neçəsidir.

Dar ətəklər
Dar ətəklər nə qədər qəşəng görünsə də, onların da sağlamlığa mənfi təsiri çoxdur. Dar ətəklər dar büsthalterlər kimi nəfəs problemlərinə gətirib çıxarır.



Xəbəri paylaş

1 2358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___