PROQNOZ: Bakıda mənzillərin qiyməti bahalaşa bilər
Tarix: 24-05-2017 | Saat: 09:38
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 6.16 faiz, ilkin mənzil mənzil bazarında isə 6.98 faiz azalma müşahidə olunub.Xəbəraz.az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, aprel ayında bazarda aktivlik aşağı düşüb: "Bir müddət banklar bazarda ipoteka kreditlərinin həcmini artırdılar və ona görə də əvvəlki aylarda qiymətlərdə artım oldu. Amma son iki ayda ipoteka kreditlərinin həcmində azalmalar var və müvafiq olaraq bazarda pul kütləsinin azalması müşahidə edilir. Ona görə də alqı-satqı əməliyyatlarında azalmalar olub və bu da öz növbəsində qiymətlərə təsir edib".
Ekspert hesab edir ki, qiymətlərin aşağı düşməsi növbəti aylarda davam etməyə bilər: "Yəqin ki, bu azalma müvəqqəti bir amildir. Ona bilsin, yay aylarında qiymətlər stabilləşsin, ancaq ilin sonuna doğru bahalaşma qaçılmaz olacaq. Ona görə ki, 2015-ci ildə manat dollar qarşısında dəyərini itirdi, ancaq 2016-cı ildə qiymətlər artmadı, 2017-ci ilin ilk üç ayı ərzində müəyyən qədər artdı, aprel ayında isə yenə azalma baş verdi. Yəni insanlar tədricən manatın dəyəri ilə razılaşdıqca, bazara qayıdacaqlar və bununla da aktivlik artacaq və qiymətlərdə də artım qaçılmaz olacaq".
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

25-07-2023, 14:26
"Çılpaq halımı görmək üçün 500 min dollar təklif edirlər"
28-02-2018, 11:16
15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı
3-05-2016, 18:58
Azərbaycanda telekanal prezidenti vəfat etdi
5-06-2022, 03:02
NAZİR FİZULİ ƏHMƏDOVA YÜKSƏK VƏZİFƏ VERDİ
7-07-2015, 00:07
Oruc tutanlar üçün! Ramazanda bu cür qidalanın - HƏKİM MƏSLƏHƏTİ
5-10-2017, 20:27
İlham Əliyev İsmayillı və Şamaxıya 6,5 milyon manat ayırdı
18-02-2016, 15:22
Yasamal icra başçısının adı 500 minlik qalmaqalda - Foto,
15-12-2017, 09:46
Əməkdar artistin həbsdə olan oğlu azadlığa çıxdı – FOTO
2-02-2022, 20:55
Gözlərinizə İnanmayacaqsınız ağıla gəlməz endirimlər- BU OTELDƏ