Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD: "Mançesterdəki terroru biz törətmişik" - YENİLƏNİB
Tarix: 23-05-2017 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər



 
İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Akbar-İraq” internet portalı məlumat yayıb. Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər.
 
Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcı qurğunu işə salıb, özü də hadisə yerində ölüb. 
 
**
10:19
Ötən gecə Mançesterdə baş verən dəhşətli terror aktının qurbanlarının sayı artır. Lent.az-ın xarici mediaya istinadən xəbər verir ki, hadisədə ölənlərin sayı 22-yə çatıb. Bildirilir ki, ölənlərin arasında çox sayda uşaq var. 
 
Digər tərəfdən, İngiltərədə siyasi partiyalar gələn ay baş tutacaq parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat işlərini dayandırdıqlarını açıqlayıblar. Baş nazir Teresa Mey "Kobra" kod adlı fövqəladə vəziyyət yığıncağı çağırıb. 
 
ABŞ mənbələrindən hadisəylə bağlı verilən ilkin məlumatlarda terrorun İŞİD tərəfindən törədildiyi bildirilir. Qeyd edilir ki, bu terror aktı bir neçə il öncə Fransada konsert zamanı törədilən hadisəylə parallelik daşıyır. 
 
**
08:45
Mançester şəhərinin stadionunda baş verən terrorda yaralananların sayı 59 nəfərə çatıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, terrorda həlak olan 19 nəfərin çoxu 13-18 yaş arasındadır.
 
İngiltərənin baş naziri Teresa May ilk açıqlamasında "Bu, qorxunc bir terrordur" ifadəsini işlədib. Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.
 
***
 
04:24
 
İngiltərənin Mançester şəhərində stadionda keçirilən konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.
 
APA-nın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.
 
“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.
 
Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.
 
İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.
 
Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.
 
***
 
İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb.
 
APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib. Məlumat rəsmi dairələrdə hələ ki, öz təsdiqini tapmayıb.
 
Məlumata əsasən, partlayış stadionun foyesində baş verib. Konsert zalında partlayış zamanı  çox sayda uşaq və yeniyetmələr olub. Hüquq-mühafizə orqanları baş verən insidentin terror aktı olmasını istisna etmir.
 
İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.
 
***
 
İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
 
APA-nın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.
 
“Hadisə nəticəsində ölən və yaralananlar var”, məlumatda deyilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
 
İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.
 
***
 
İngiltərənin Mançester şəhərində stadionda iki partlayışın baş verdiyi ehtimal edilir.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.
 
Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər. Hazırda polis insidentin detallarını araşdırır. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.
 
Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

 
 


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___