Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab: "Özün bilirsən sən kimsən"
Tarix: 22-05-2017 | Saat: 13:35
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab:  "Özün bilirsən sən kimsən"


Meyxanaçı Samirə Yusifqızı ilə əməkdar artist Gülüstan Əliyeva arasındakı mahnı qalmaqalı səngimək bilmir. 

Məlumatına görə, G.Əliyeva səsləndirdiyi “Ay nənə” mahnısını ilk dəfə özünün ifa etdiyini və aranjimanın ona məxsus olduğunu bildirən Samirəyə “10-dan sonra” verilişi vasitəsilə cavab verib. 

O, S.Yusifqızı ilə mübahisəyə belə girmək istəmədiyini deyib: 

“Sən özün bilirsən ki, sən kimsən? Hərə çıxıb çox şey danışa bilər, amma olan şeyləri  heç kəs inkar edə bilməz. Mən o mahnını 2000-ci illərdə ifa etmişəm. Hər şeyin bir əsası var. Susmaq ən böyük cavabdır. Onsuz da bilənlər hər şeyi bilir. Heç o mübahisəyə girməyin mənası yoxdur. Mahnıda çox böyük uğursuzluqlar etmişdi. Əslində mahnı elə deyil. O da özü bildiyi kimi ifa edib, yəni onun şərhi idi, istədiyi kimi onu səsləndirmişdi”.

Qeyd edək ki, Samirə Yusifqızı “Ay nənə” mahnısının ilk ifaçısı olduğunu bildirmiş və Gülüstan Əliyevanın özünü mahnını ilk üzə çıxaran kimi təqdim etməsini qınamışdı:

“Gülüstan Əliyeva mənim haqqıma girib. Mahnını əsla o ortaya çıxarmamışdı. Mahnı 1996-cı ildə ərsəyə gəlib. Həmin ildə Gülüstan Əliyeva heç səhnəyə çıxmamışdı. Nəyə görə yalan danışırsan? Görürsən, indi o yalanın vaxtı gəlib çatdı. Haqqa girmək olmaz".


Xəbəri paylaş

7778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___