Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hazırlanması çox sadə olan bu cövhər sağlamlıq üçün əsl MÖCÜZƏDİR
Tarix: 22-05-2017 | Saat: 12:35
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

b_520_0_16777215_0___images_stories_008MAY_covher_9.jpeg
Hələ qədim zamanlardan insanlar xalq təbabəti vasitələri ilə bir çox xəstəlikləri müalicə ediblər. Loğmanların hazırladıqları təbii cövhərlər, həlimlər, içkilər, təpitmələr insanlara şəfa veribdir.
Elə bu gün də, hətta inkişaf etmiş ölkələrdə belə insanlar xalq təbabəti vasitələrindən geniş istifadə edirlər.
Sağlamlıqla bağlı növbəti yazıda xalq təbabəti vasitələrinin biri,  qoz və srirtdən hazırlanmış cövhər haqqında bilgiləri təqdim edirik.
Bu cövhəri hazırlamaq üçün 30-40 ədəd qoz hələ yetişməmiş vaxtı, yaşıl rəngdə olanda ağacdan yığılmalıdır. Çalışmaq lazımdır ki, qozun üzərindəki yaşıl qabıq tam quru yox, bir az yumşaq olsun. Yəni həmin dövrü gözləmək lazımdır. Qoz yığılan gün (səhərisi günə saxlanılmamalıdır) xırda-xırda doğranılır, tünd rəngli şüşə qaba tökülür və üzərinə 1 litr araq əlavə olunur. Sonra şüşə qabın ağzı kip bağlanılaraq 14 gün qaranlıq yerdə saxlanılır. Cövhər gün ərzində 3 dəfə yeməkdən sonra 1 xörək qaşığı qəbul edilir.
Bu cövhərin hazırlanmasının digər bir üsulu da var. Eyni miqdarda yaşıl qoz xırda doğranıldıqdan sonra üzərinə 70-80 faizlik spirt əlavə olunur. 2 sutka qaranlıq yerdə saxlanıldıqdan sonra süzülür və üzərinə 1:1 nisbətində, yəni eyni miqdarda təmiz su əlavə edilir, 30 qram bal da əlavə olunaraq qarışdırılır.
Bu cövhər gün ərzində yeməkdən qabaq 3 dəfə 1 çay qaşığı qəbul edilir.
Qoz və spirtdən hazırlanmış cövhərin orqanizmə hansı faydaları var?

1.     Qalxanabənzər vəzin fəaliyyətinə müsbət təsir göstərir
2.     Piylənmədən əziyyət çəkənlər üçün olduqca effektlidir
3.     Maddələr mübadiləsini qısa müddət ərzində tənzimləyir
4.     Stressi, əsəb gərginliyi olanlar üçün xeyirlidir
5.     Anemiya üçün təbii vasitədir
6.     Bioaktiv yod çatışmazlığı zamanı faydalıdır
7.     Ürək xəstəlikləri və onların profilaktikası üçün ən yaxşı vasitələrdən biridir
8.     Qan təzyiqini normada saxlayır
9.     Qan dövranını yaxşılaşdırır
10.  Orqanizmin immun sistemini gücləndirir
Allegiyaya meylli olanlar, mədə xorasından əziyyət çəkənlər bu cövhərdən məhdudiyyətlə istifadə etməli və həkimlə məsləhətləşməlidirlər.
(modern.az)


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___