İslamiada: Azərbaycan yığması birinci pilləyə yüksəlib
Tarix: 19-05-2017 | Saat: 22:45
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə 8 medal qazanıb. Yığmamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
Yelena Çebanu (paraatletika, 200 m), Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq), Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq) və Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gümüş mükafata isə Jinq Ninq (stolüstü tennis, qadınlar) və Maqomed Müslimov (sərbəst güləş, 65 kq) yiyələniblər.
Miao Vanq (stolüstü tennis, qadınlar) və sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin) bürünc medal qazanmağı bacarıblar.
Bununla da ümumi medal 124-ə çatıb. Bu mükafatların 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdü. Millimiz əvvəlki günlərlə müqayisədə az medal qazansa da, ümumi sıralamada liderliyi ələ alıb. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.
Ümumilikdə İslamiadada indiyədək 218 medal dəsti sahibini tapıb. İştirakçı ölkələrdən 25-i çempionluq, 36-sı mükafat sevinci yaşayıb.
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

6-02-2018, 18:49
Yeni binalarla bağlı YENİLİK
24-05-2016, 20:24
Rusiya bazası məhv edildi: 4 helikopter, 20 yük maşını - Foto
2-04-2019, 17:07
Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ
27-03-2017, 10:52
Yoxa çıxan eşşəklər dönərxanalardadır? - Rəsmi AÇIQLAMA
28-08-2020, 15:24
Rusiya portalında Mehriban xanım haqda məqalə dərc olundu
22-12-2017, 18:39
Gələn il bu müəllimlər attestasiyadan keçiriləcək
8-12-2022, 10:49
Türkiyədə 6 yaşındakı qız ərə verilib - FOTOlar
22-04-2015, 21:52
Uşağı yelləməyin - Bunu mütləq oxuyun! - VİDEO
15-06-2022, 11:01
Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMA
25-04-2016, 22:17
Magistral yolda dəhşətli qəza - Foto/Video