Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Qəhraman Şahlar Şükürovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi
Tarix: 19-05-2017 | Saat: 18:56
Bölmə:Karusel / M2 / Foto-fakt / Reportaj | çapa göndər



Çoxşaxəli fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutları arasında seçilən və Azərbaycan ziyalıları tərəfindən hər zaman dəstəklənən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ən vacib missiyalarından biri də Kəlbəcərin qəhrəman oğul və qızlarının qəhrəmanlıq yoluna işıq tutmaq, gənc nəslə onları daha yaxşı tanıtdırmaqdan ibarətdir. Bu mənada ictimai birlik Kəlbəcər rayounun ilk şəhid Milli Qəhrəmanı Şahlar Şükürovun 65 iliyinə həsr olunmuş xatirə tədbiri keçirib.
Tədbiri giriş sözü ilə açan Biliyin sədr müavini Həbib Misirov Milli Qəhrəman Şahlar Şükürovun həyat yolundan və qəhrəmanlığından söz açaraq bildirib ki, Azərbaycanın ilk Milli Qəhrəmanı 1952-ci il may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açan Şahlar Əvəz oğlu Şükürovdur. O, hələ uşaqlıqdan yüksəlişə, qəhrəmanlığa can atırdı. Şahlar istedad və bacarığı ilə nəinki müəllimləri, bütün yaşıdlarını da heyran edirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Şahlar Şükürov Azərbaycan Xalq Təssərrüfatı İnstitutuna qəbul olundu və 1972-ci ildə oranı əla qiymətlərlə başa vurdu. Ordu sıralarına yollandı. Sonra Rostov Milis Akademiyasında təhsil aldı, 1986-cı ildə akademiyanı yüksək göstəricilərlə başa vurdu. Əmək fəaliyyətinə Ucar rayon milis şöbəsində əməliyyat rəisi kimi başladı. 38 yaşında mayor rütbəsinə yüksəldi və Zədab rayon milis şöbəsinə rəis müavini təyin edildi. O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı, burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın bacısı Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qardaşının qəhrəmanlığından, şücaətindən və Azərbaycan dövlətinin Milli QƏhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq dedi ki, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Dölətimizin hər zaman xalqını və millətini, torpağını sevən, onun uğrunda canını, qanını fəda edən oğul və qızlarımızın həyat yolunu, onların amallarını öyrənməkdə, xatirələrini ədəbiləşdirməkdə böyük işlər görmüşdür. Ulu Öndər Heydər Əliyev də, hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışmışdır.
Tədbirdə çıxış edən filologiya elimləri üzrə fəlsəfə doktoru, əməkdar jürnalist Adil Cəmil Şahlar şükürovun qəhramanlıq salnaməsindən, keçdiyi döyüç yolundan danışıd. Qeyd etdi ki, gənclər vətənpərvər olmalı vətənimizin azadlığı uğurunda şəhid olmuş vətən övladlarının xatirələrini daim üçü tutmalıdılar. Əsas orta məktəblərdə vətənpərvərliyin təbliğ edilməsinə önəm verilməlidir.
Digər ziyalılar Zakir Fəxri və tədqiqatçı jürnalist Məhəmməd Nərimanoğlu da Milli Qəhrəmanın həyat yoluna nəzər salmış, onu gənc nəslə nümunə kimi təqdim etmişlər.
Tədbirin sonunda Kəlbəcər məktəblilərinin hazırladığı “Qəhrəmanlar unudulmur” ədəbi-bədii kompozisiyası nümayiş olunub.




Xəbəri paylaş

9988 dəfə oxunub.

Digər xəbərlər
11-07-2018, 19:17 İsti havada bunları yeyin

bütün xəbərlər
____ Instagram ___