Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qismət deyilən bir məfhum həqiqətən varmı?
Tarix: 18-05-2017 | Saat: 16:53
Bölmə:Karusel / İbadət | çapa göndər



Qədərə iman imanın altı əsasından biri hesab olunur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) islamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: "Mənə iman haqqında xəbər ver!" - buyruğuna belə cavab vermişdir: "(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır". (əl-Buxari, 50). Hər bir müsəlman imanın bu altı əsasına yəqinliklə iman gətirmədikcə həqiqi mömin ola bilməz. Qədərin xeyir və şərinə iman gətirmək bu əsaslardan biri hesab olunur. Qədərin xeyir və şərinə iman gətirmək Uca Allahın keçmişdə və gələcəkdə olan hər bir şeyin ölçüsünü, nə vaxt və necə meydana gələcəyini bildiyinə, həmçinin Öz dərgahındakı "Lövhi-Məhvuz" adlanan kitabda yazdığına, hər bir şeyin yalnız Onun iradəsi ilə var olmasına, yalnız Onun yaradan olmasına iman gətirməkdir. Uca Allah buyurur: "Məgər bilmirsənmi ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu Yazıda (Lövhi-Məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu Allah üçün asandır!" (əl-Həcc 70). Uca Allah yeri və göyü yaratmamışdan əlli min il əvvəl Öz dərgahındakı "Lövhi-Məhfuz" adlanan kitabda hər şeyin qədərini yazmışdır. Ubədə ibn Samit (Allah ondan razı olsun) oğluna belə demişdir: "Ey oğul! Həqiqətən, sənin başına gələn (bir şeyin) səndən yan keçməməli olduğunu və səndən yan keçən (şeylərin) də sənin başına gəlməməli olduğunu bilməyincə, həqiqi imanı dadmazsan. Mən Allah Elçisinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurdu­ğunu eşitdim: "Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: "Yaz!" - deyə buyurdu. O dedi: "Ey Rəbbim! Nə yazım?" Uca Allah buyurdu: "Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!" O, sözünə davam edərək dedi: "Ey oğul! Mən Allah Elçisinin (Allahın ona və ailəsinəsalavatı və salamı olsun) belə buyurduğunu eşitdim: "Bundan qeyri (etiqad) üzərində ölən məndən deyildir". (Əbu Dəvud, 4702). Uca Allah hər bir şeyi əzəldən təqdir etmişdir. Lakin bununla yanaşı insana həyatda öz yolunu seçmək imkanı vermişdir. Yəni, insan öz əlində olan şeyləri yerinə yetirməli və öz xoşbəxtliyi üçün çalışmalıdır. Məsələn, əgər biz ali məktəbə qəbul olmaq istəyirik, amma bundan ötrü çalışmırıqsa, bizim ali məktəbə daxil olmağımız mümkün deyildir. Bundan sonra insanın "qismətim deyil" deyərək özünə təsəlli verməsi doğru deyildir. Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində xeyir vardır. Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi". Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır". (Muslim, 2052). 
(zikr.az)
 


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___