Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bürclər öz həyatını necə məhv edir?
Tarix: 16-05-2017 | Saat: 12:24
Bölmə:Karusel / Qoroskop | çapa göndər

Bürclər öz həyatını necə məhv edir?
Hər bir insan özü öz həyatının sahibidir, lakin şəxsi həyatda hər zaman xoşbəxt ola bilmirik. Burada ulduzların da təsiri var, zodiak nişanları fərqli xüsusiyyətlərə malik olduğu kimi yol verdiyi səhvləri də müxtəlifdir və həyatlarını fərqli şəkildə məhvə sürükləyirlər.
Astroloqların bu mövzuda bürclər üçün hazırladığı statistikanı təqdim edirik. İnanırıq ki, bunları oxuduqdan sonra bir də o səhvləri təkrar etməyəcəksiniz və həyatınız xoşbəxtliyə doğru dəyişəcək.
Qoç (21 mart 19 aprel)
Siz neqativ düşüncələrinizin həyatınızı məhv etməsinə icazə verirsiniz. Dikbaşlı xarakteriniz və tərs xasiyyətiniz sizə həmişə xeyli əziyyət verəcək. Bəzən siz neqativ dünyada yaşayırsınız, ətrafdakı insanlar isə onun bir hissəsi olmaq istəmir.
Buğa (20 aprel 21 may)
Siz həyatınızı mükəmməl səviyyəyə çatdırmadan məhv edirsiniz. Bu bürcün nümayəndələri həyatda hamıya və hər şeyə nəzarət etmək zərurəti hiss edir. Və başa düşmürsünüz ki, siz başqa insanların həyatına və hadisələrə nəzarət edə bilməzsiniz. Bunu qəbul etməyi öyrənməlisiniz. Belə gözlənilməz vəziyyət sizi daim narahat edir.
Əkizlər (22 may 21 iyun)
Bu bürclərin eyni həyat tərzinə üstünlük verməsi onlara bədbəxtlik gətirir. Siz məhəbbətə razılaşırsınız, çünki nə istədiyinizi bilmirsiniz, çünki dəyişikliklərdən qorxursunuz. Hətta sizi xoşbəxt etməyən karyera ilə də məşğul olmağa razılaşırsınız. Buna görə siz, bir qayda olaraq, insanlara əzab verirsiniz.
Xərçəng (22 iyun 22 iyul)
Başqalarının ehtiyaclarını özünüzdən üstün tutmaqla həyatınızı məhv edirsiniz. Siz çox emosionalsınız və asanlıqla özünüzü itirirsiniz, insanlara qarşı necə yanaşmalı olduğunuzu bilmirsiniz. Axtardığınız insanı tapdığınızı düşünündə onu lazım olduğudan da çox yuxarı qaldırır, sevir və tərifləyirsiniz. Amma özünüzü itirməyin.
Şir (23 iyul - 22 avqust)
Siz elə bilirsiniz ki, emosiyaları açıq şəkildə göstərmək zəifliyin əlamətidir. Buna görə də daim rola girməyə məcbur olursunuz. Yeri gəlmişkən biganə insan obrazını məharətlə canlandırırsınız. Amma bu xüsusiyyətlərin əks tərəfi də var - siz tək qala bilərsiniz. Unutmayın ki, hisslərin təzahürü zəiflik yox, özünüifadə üsuludur.
Qız (23 avqust 22 sentyabr)
Özünə qarşı çox tələbkar olmaqla həyatınızı məhvə aparırsınız. Heç nədən təmənna güdmürsünüz və insanlar sizin xeyirxah ürəyinizə heyran olurlar, lakin öz ehtiyaclarını başqalarından üstün tutmaq sizə baha başa gələcək. Bundan başqa, özünüzə həddən artıq tənqidi yanaşır və üstünlüklərinizi qiymətləndirmirsiniz. Sizin ən qəddar düşmənininiz elə özünüzsünüz, daxili münaqişəni nizama salın.
Tərəzi (23 sentyabr - 22 oktyabr)
Siz həyatınız boyu başqalarına yarınmağa çalışır və özünüzü ikinci plana atırsınız. Öz istəklərinizi nəzərə almadığınız üçün həyat keyfiyyətiniz aşağı düşür. Nə qədər əziz olsanız da, insanlar sizdən həmişə istifadə edirlər. Siz emosiyalarınızı gizlədirsiniz, amma bu, sonradan qəzəbi artırır və qalmaqala dönür. Bəzən emosiyaları boğaraq və problemlərlə üz-üzə qarşılaşmaq istəmədiyiniz üçün sevdiyiniz insanlara əzab verirsiniz.
Əqrəb (23 oktyabr - 22 noyabr)
Siz təkliyə qapılıb daha yaxşı yaşamağa, sevgiyə layiq olmadığınız düşüncəsi ilə öz gələcəyinizi məhv edirsiniz. Zodiakı işarələri arasında ən sərti və inadkarısınız, sizin üçün insanları bağışlamaq asan deyil. Sizin ürəyinizi qazanmaq asan olmur, amma bu, kiməsə müyəssər olarsa, onda o, ömrü boyu sizin sədaqət və dəstəyini qazanacaq. Başlıca qüsursunuz sizdə eqoizm duyğularının güclü olmasıdır. İdealı tapmağa çalışmaqla qayğınıza qalan insanlara əzab verirsiniz.
Oxatan (23 noyabr 21 dekabr)
Sizin həyatınızı isə qorxu hissi məhv edir. Siz uğursuzluğa uğramaqdan o qədər qorxursunuz ki, heç nə etmirsiniz və həmin yerdə qalırsınız. Ağlınıza çox gözəl ideyalar gəlsə də, bəzən onlar arasında itib-batırsınız. Çünki fikrinizi bir istiqamtdə toplamağa və o iş üzərində səylə işləməyə meylli deyilsiniz. Bir vəzifəyə fokuslanın və arzularınızın icrasına başlayın!
Oğlaq (22 dekabr 20 yanvar)
Siz həyatımızı başqaları ilə rəqabət üzərində qurur və bununla da öz bədbəxtliyinizə nail olursunuz. Həyatdan zövq almaq əvəzinə özünüzə ağlasığmaz təzyiq göstərirsiniz. Siz öz üzərində daha inadla işləyən, ömrünü-gününü arzularının reallaşmasına həsr edən insanlar qurpuna aid edilirsiniz. Siz işdən kənarda da iş haqqında narahat olur və öz həyatdakı önənli məsələləri buraxırsınız.
Dolça (21 yanvar 18 fevral)
Keçmişinizin gələcəyə təsir etməsinə imkan verməklə uğurlarınızn qarşısını kəsirsiniz. Hər şeyi ürəyinizə salamağa meyllisiniz, bu da sizə böyük ziyan vurur. Keçmişdə yol verdiyiniz səhvlərə görə özünüzü bağışlamır və onun gələcəyi diktə etməsinə icazə verirsiniz. Çiyinlərinizdə saxladığınız lazımsız yükdən xilas olun.
Balıq (19 fevral 20 mart)
Sizin həyatınızı səhv seçimləriniz məhv edir. Həmişə sizə layiq olmayan və pis vərdişləri olan insanları seçirsiniz. Zodiak işarələri arasında ən böyük ürəkli bürc olaraq sizi üzən insanlara meyl edirsiniz. Siz öz ağrılarınızın öhdəsindən pis vərdişlərdən köməyi ilə gəlməyə çalışırsınız. Çünki elə hesab edirsiniz ki, buna layiqsiniz.
(publika.az)


Xəbəri paylaş

8938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___