ŞAD XƏBƏR- İstanbula qatarla getmək mümkün olacaq
Tarix: 15-05-2017 | Saat: 14:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq”.
Xəbəraz.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində "Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda çıxışında deyib.
O qeyd edib ki, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur. Dünyada 60-dan çox ölkədən keçən Yeni İpək yolu 40 milyon kvadratkilomtrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən çox önəmli bir layihədir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin isə çıxışında müvafiq layihələrə 79 milyard dollar maliyyə yardımı ediləcəyini bildirib. O, İpək Yolunun Asiya, Afrika və Avropa qitələrindəki ölkələri bir-birinə bağladığını, bununla da beynəlxalq iqtisadi və mədəni əlaqəni təmin etdiyini vurğulayıb.
Qeyd edək ki, beynəlxalq forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.
Xəbəri paylaş
6958 dəfə oxunub.
Digər xəbərlər

22-03-2023, 18:08
“Maşını sürə-sürə intim təklif etdi, mən isə..." - Tərtərdə şok əməllər
3-02-2017, 20:37
Məcburi köçkünlərə ŞAD XƏBƏR
18-02-2016, 22:58
İpoteka krediti olanlara xəbərdarlıq - Video
6-12-2016, 19:38
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
22-05-2023, 14:54
Benzinin, boyanın iyindən xoşunuz gəlirsə... TƏHLÜKƏLİ SİMPTOM
22-03-2023, 11:22
Pakistan və Əfqanıstanda 6,8 bal gücündə zəlzələ: 4 ölü və 150 yaralı
7-01-2023, 12:41
Vüsalə Əlizadənin verilişindəki səhv gündəm oldu - VİDEO
24-03-2017, 23:02
Balakəndə maşın 5 yaşlı uşağı vuraraq öldürdü
2-03-2018, 11:58
355 min nəfərin maaşı artırıldı - Səlim Müslümov