Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Atatürkün həyatındakı sirli 9 rəqəmi — 19.09.1909
Tarix: 14-05-2017 | Saat: 17:31
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 | çapa göndər



Hər kəsin tanıdığı, dünya tarixinə damğa vurmuş qazi Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin qurucusudur. Bu dahi insanın yaşadığı həyat olduqca maraqlı olub. Atatürk ilə 9 rəqəmi arasında bir çox insanın bilmədiyi maraqlı sirlər var.

Buna təsadüfdürmü, yoxsa möcüzə... bilmək olmur.Xəbəraz.az musavat.com-a istinadən sizə Atatürkün həyatındakı 9 rəqəminin izləri haqqında maraqlı məlumatları təqdim edir.
Əsrarəngiz 9 rəqəmi Atatürkü doğumundan ölümünə qədər yalqız buraxmayıb. Belə ki, Atatürk 1881-ci ildə anadan olub. Bu tarixi iki hissəyə bölüb ayrıcalıqda topladıqda iki, doqquz rəqəmi ilə qarşılaşmaq mümkündür. (1+8+8+1). Eyni zamanda Atatürk 19-cu əsrdə dünyaya gəlib.
1899-cu ildə hərbi məktəbə qəbul olub. 29 dekabr 1903-cü ildə kapitan rütbəsi alıb.
19.09.1909 tarixində iqtidarın sözcüsü olaraq dövlətlərarası illik iclasa qatılıb.
9 yanvar 1912-ci ildə, italyanları Liviyada məğlubiyyətə uğradıb.
19 may 1915-ci ildə polkovnik rütbəsi alıb.
9 avqust 1915-ci ildə, Çanaqqala savaşının 3-cü cəbhəsində iştirak etmiş Anafartalar qrupunun komandiri olub. Əmrindəki 19 leytenant ilə Çanaqqala savaşına girib.
29 oktyabr 1918-ci ildə “İldırım ordusu”nun komandiri olub.
19 may 1919-cu ildə Samsunu xilas etmək üçün 18 əsgəri ilə birlikdə cəbhəyə yollanmışdı. Özü ilə birlikdə 19 nəfər idi.
29 yanvar 1923-cü ildə Lətifə xanım ilə evlənib.
9 oktyabr 1923-cü ildə Ankara paytaxt elan edilib. 20 gün sonra isə oktyabrın 29-da cümhuriyyət elan edilib. Elə həmin gün də Atatürk ilk dəfə rəsmi olaraq Türkiyə Cümhuriyyətinin prezidenti olub.
Atatürk 9 avqust 1928-ci ildə latın əlifbasını qəbul edib.
1938-ci il noyabrın 10-da saat 9:00-da vəfat edib. Noyabrın 19-da cənazə mərasimi keçirilərək dəfn edilib.
Atatürkün 9 rəqəmi ilə əlaqəsi bunlarla bitmir. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsində də 9 rəqəmi var: “993814B”. İlginc məqamlardan biri də seriya nömrəsinin ortasındakı 938 Atatürkün ölüm tarixidir. Seriya nömrəsinin əvvəlində qalan 9 isə ölüm saatıdır. Bu qədər təsadüf ola bilməz, deyə düşünürük. Amma bu rəqəmlərin hamısı bir gerçəkdir.


Xəbəri paylaş

6658 dəfə oxunub.

Digər xəbərlər
23-03-2017, 14:23 3 yaşlı uşaq boğuldu

bütün xəbərlər
____ Instagram ___