Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Makron Fransa prezidenti elan edilib — YENİLƏNİB
Tarix: 14-05-2017 | Saat: 15:37
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər



Bu gün Fransa Konstitusiya Şurasının sədri Loran Fabius Emmanuel Makronu Fransanın səkkizinci prezidenti elan edib.

Xəbəraz.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bundan öncə Yelisey sarayında prezident postunu tərk edən Fransua Ollandla vida mərasimi keçirilib.
E. Makron və F. Olland arasında prezident kabinetində vida görüşü 25 dəqiqə planlaşdırılsa da, 1 saatdan çox çəkib. Daha sonra isə E. Makron və F. Olland bir-birinə xoş sözlər deyib, bir-birinin əlini sıxıb. E. Makron F. Ollandı avtomobilə qədər müşayiət edib. Bu, protokola uyğun olaraq sabiq prezidentə hörmətin ifadəsidir.
***
Xəbəraz.az-ın APA-ya istinadən verdiyi məlumata görə, inauqurasiya mərasimi ilə əlaqədar Parisdə fövqəladə təhlükəsizlik tədbirləri görülür.
Fransa paytaxtında 1,5 min polis və jandarma səfərbər edilib, hərbçilər patrul xidməti həyata keçirir. Avtomat silahlı polislər avtobuslarla Emmanuel və Bricit cütlüyünün yaşadığı  Kler küçəsini bağlayıb. Makron cütlüyü 2016-cı ildən bu küçədə binada yaşayır. Məhz buradan E. Makron zirehli avtomobilə Yelisey sarayına yollanacaq, yerli vaxtla saat 10.00-da (Bakı vaxtı ilə saat 12.00) çıxış edəcək. Həyat yoldaşı isə 10 dəqiqə sonra Yelisey sarayına təşrif buyuracaq. Hazırkı Fransa prezidenti Fransua Olland evli olmadığı üçün E. Makronu tək qarşılayacaq


Xəbəri paylaş

7928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___