Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Havanı təmizləyən 3 bitki
Tarix: 14-05-2017 | Saat: 14:16
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Havanı təmizləyən 3 bitki
Uzun müddət otaq şəraitində olmaq insanı xəstə edə bilər. Xüsusilə də qış aylarında insanlar günün böyük qismini qapalı məkanlarda keçirirlər. Yaz aylarında isə kondisionerdən istifadə otağın havasını korlayır. Ona görə də həm ofislərdə, həm də evdə bitkilər saxlamaq vacibdir. Ev bitkiləri dekorasiyaya gözəllik bəxş etməklə yanaşı, həm də insanın sağlamlığına yaxşı təsir edir. Ancaq ev şəraitində saxlamaq üçün bitki seçərkən onun havanı təmizləmək xüsusiyyəti daşımasına diqqət etmək lazımdır.
Havanı təmizləyən 3 bitkini təqdim edirik:
1. Aloe
Aloe uzun illərdən bəri xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə edilib. Aloe bitkisi havanı təmizləyir. Otağın böyüklüyünü nəzərə alaraq bir neçə aloe dibçəyindən istifadə edə bilərsiniz. Bu bitkiyə qulluq da çox zəhmət tələb etmir. Çünki suyu sevmir, həftədə bir dəfə sulamaq kifayət edəcək.
2. Sarmaşıq
Sarmaşığı adətən divarların üzərində görməyə öyrəşmişik. Ancaq bu bitkini qapalı məkanlarda da saxlamaq olar. Həmişəyaşıl bitki olan sarmaşıq otağınızın havasını təmizləyərək, ağciyərlərinizin daha sağlam olmasını təmin edəcək. Xüsusilə ofisdə sarmaşıq saxlamaq çox faydalıdır. Çünki onun təmin etdiyi təmiz hava bədənin daha çox oksigen qəbul etməsinə, həmçinin beyinə daha çox oksigen çatdırılmasına səbəb olacaq.
3. Kala
Bu bitki işıq və su tələb etmir. NASA tərəfindən aparılan araşdırma sübut edib ki, bu bitki mühitdəki formaldehit və ammonyak elementlərini təmizləyir.publika




Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___