Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İslamiada: Azərbaycan növbəti medalını qazanıb
Tarix: 13-05-2017 | Saat: 18:34
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər




Məlumatına görə, körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət - 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova və Gülçin Əlizadə təmsil edib.
 
Gülçin Əlizadə birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Gülçin bu çəki dərəcəsində 4-cü yeri tutub.
Səbinə Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib.
 
Toplam 176 kq (75+101) nəticə göstərən Səbinə Əzimova bu çəki dərəcəsində 3-cü yerə çıxıb və İslam Oyunlarında ilk medalımızı qazanıb.
Qeyd edək ki, bu gün Elmir Alıyevlə (56 kq) Mərziyyə Məhərrəmova (48 kq) da yarışa qatılıb. Onlar müvafiq olaraq, 233 kq (103 + 130) və 151 kq (66 + 85) çəkini rəam ediblər. Hər 2 idmançımız 6-cı yeri tutub.


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
12-09-2021, 11:21 Alişan Bakıdadır - Foto

bütün xəbərlər
____ Instagram ___