Kənd mühasirəyə alındı - Məhkəmədən qaçan Eşqin tutuldu
Tarix: 13-05-2017 | Saat: 17:27
Bölmə:Karusel / Hadisə | çapa göndər
Dünən Şəmkir rayon Məhkəməsindən qaçan Eşqin Murtuzov tutulub.
"Xəbəraz.az" lent.az-a istiandən xəbər verir ki, bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə sakini olan taksi sürücüsünü quldurluq zəminində öldürüb, avtomobilini ələ keçirən 21 yaşlı E.Murtuzov bu gün günorta saatlarında doğulduğu Seyfəli kəndində yaxalanıb. Polislər əməliyyat məlumatı əsasında kəndi mühasirəyə alıb. Dağlıq ərazi istiqamətindən doğulub böyüdüyü evə yaxınlaşan E.Murtuzov yaxalanacağını görüb yarımçıq tikiliyə sığınıb. Polislər ondan təslim olmasını tələb edib.
Qaça bilməyəcəyini görən gənc təslim olub.
***
Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğu da məlumat yayıb. Məlumatda bildirilir ki, Şəmkir rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Eşqin Murtuzov 12 may 2017-ci il tarixdə saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib.
Rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində E.Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilmiş və tutularaq istintaqa cəlb olunub.
Xəbəri paylaş
8738 dəfə oxunub.
Digər xəbərlər

4-10-2020, 06:23
Azad edilən tarixi Suqovuşandan - FOTOLAR
14-06-2018, 19:07
Baş nazirliyə namizədin adı açıqlandı
10-09-2019, 12:07
Xorvatlar Bakı metrosunda "oyun" çıxardı - VİDEO
10-04-2021, 14:24
Salyanda “Mitsubishi” piyadanı vuraraq ÖLDÜRDÜ
10-11-2021, 10:40
Bakıda 30 yaşlı şəxs “Tik-Tok”da yazdığı nalayiq ifadələrə görə qətlə yetirildi - FOTO
18-07-2016, 01:08
İngiltərədə helikopter qəzası: Yaralılar var
18-04-2015, 18:07
Xalq artistinin oğlunu məsciddə belə qarət etdilər - REAL GÖRÜNTÜLƏR