Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın bəzi rayonlarına dolu düşüb - FAKTİKİ HAVA
Tarix: 12-05-2017 | Saat: 11:28
Bölmə:Karusel / Gündəm | çapa göndər



 
Mayın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, mayın 11-i gündüzdən, 12-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub, güclü şimal-qərb küləyi əsib, küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda arabir 23-30 m/s-dək güclənib. Yağan intensiv yağış nəticəsində Kişçay, Şinçay, Kürmükçay və Baş Daşağıl çaylarında sululuq artıb.
 
Yağışın miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Böyük Qafqazda 1-17, dağlıq və dağətəyi rayonlarda 23-52, Naxçıvan MR-da 1-7, Mərkəzi-Aran rayonlarında 1-5, Kiçik Qafqazda 9-11, Qazax-Gəncə zonasında 1-9 mm olub. Köşklü, Aşıqlı, Çaykənd, Quşçu kəndlərinə isə dolu düşüb. Dolunun miqdarı Göygöldə 13, Zurnabad kəndində (Göygöl) 18, Daşkəsənin Zağalı Göl kəndinə 12 mm təşkil edib.
 




Xəbəri paylaş

5218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___