Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ailəsi dağılanın subay qalması, yoxsa yenidən evlənməsi daha savabdır?
Tarix: 11-05-2017 | Saat: 20:12
Bölmə:Karusel / İbadət | çapa göndər


Evlənmək uca Allahın əmridir "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32).Hədisdə xəbər verilir ki, bir qrup adam bir yerə toplaşdılar. Onlardan biri: "Mən gecələri yatmayıb namaz qılacam", digəri: "mən oruc tutacam və orucsuz gün keçirməyəcəm", üçüncüsü isə: "mən qadınlarla evlənməyəcəm" - dedi. Bu xəbər peyğəmbərə yetişdikdə, o, dedi: "Bu sözləri deyən camaata nə olub? Mən oruc tuturam da, tutmuram da. Gecəni namaz qılaraq keçirirəm də, yatıram da. Eləcə də qadınlarla evlənirəm. Kim sünnətimdən üz döndərərsə məndən deyil". (əl-Buxari).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Nikah mənim Sünnəmdəndir (yolumdandır). Kim mənim Sünnəmə əməl etməsə, məndən deyildir. Evlənin! Mən qiyamət günü sizinlə digər ümmətlərdən çox olacağam...". (İbn Məcəh: 1/592/1846. əl-Əlbəni "Sahihu-l-Cəmi" kitabında hədisin səhihliyini qeyd etmişdir: 6807).
Ona görə də, subay kişi evlənməyə çalışmalıdır. Həmçinin qadına evlilik təklif edən olarsa, dinindən və əxlaqından razı olarsa, qəbul etməsi daha savabdır. Həmçinin, indiki dövrdə subay qalaraq haramdan qorunmaq olduqca çətindir. Evlilik, namusu, iffəti qorumağın və zinakarlıqdan uzaq olmağın ən gözəl yoludur. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun! Həqiqətən oruc tutmaq onun dərmanıdır". (əl-Buxari: 9/106/5065; Muslim: 2/1018/400).
Kiminlə ailə qurmaq barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kişilərə və qadınlara aşağıdakıları tövsiyə etmişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (əl-Buxari, 5090).
O, həmçinin demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr (radıyəllahu anhum) dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrara etdi". (Hədisi ət-Tirmizi və başqaları rəvayət etmişdir. Əsrimizin görkəmli ədhis alimi əl-Əlbəni isə hədisi "həsən" olaraq təsnif etmişdir).
(zikr.az)


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___