Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cahangir Hacıyevin səhhəti pisləşdi — Məhkəmə təxirə düşdü
Tarix: 11-05-2017 | Saat: 18:31
Bölmə:Karusel / Gündəm | çapa göndər



Azərbaycan Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev və digərlərinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə davam edib.

Xəbəraz.az-ın lent.az a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş, hazırda isə AFB bankın İdarə Heyətinin üzvü olan Məmməd Cahangirovun vəkili çıxış edərək, ona bəraət verilməsini istəyib.
 
"İntersecurity"nin rəhbəri İbrahim Hüseynovun vəkili də məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
 
Cahangir Hacıyevin vəkilləri məhkəmənin təxirə salınmasını istəyib. Sabiq bank rəhbəri özü də deyib ki, bu gün sağlıq durumuna görə məhkəməyə gələ bilmirmiş, amma istintaq təcridxanasının rəis müavini onu çağırıb və məhkəməyə getməsini istəyib. Bundan sonra o, məhkəməyə gətirilib.
 
Hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.
 
Qeyd edək ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində həmin şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. İlkin baxış iclasında vəkillər prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti versələr də, Ali Məhkəmə şikayəti təmin etməyib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
 
C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
 
C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___