Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trampdan Ermənistana ŞOK SANKSİYA: Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ
Tarix: 11-05-2017 | Saat: 12:23
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Trampdan Ermənistana ŞOK SANKSİYA: Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ
ABŞ Ermənistanda parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqi prosesinə başlayıb.

Parlament seçkilərini saxtalaşdırmaqda şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa qoyulacaq.

“Jamanak” qəzeti öz mənbələrinə istinadən yazır ki, sanksiyalar tətbiq ediləcək şəxslərin adı “qara siyahı”ya salınacaq və onların ABŞ-a girişi qadağan olunacaq.

“Ermənistan Prezident Administrasiyası ABŞ səfirliyindən kimlərin adının “qara siyahı”ya salındığı haqda dəqiq informasiya öyrənməyə çalışır. Lakin ABŞ bu şəxslərə qarşı təkcə sanksiyalar tətbiq etməklə kifayətlənməyəcək, həmçinin, onların qohumlarının da adını “qara siyahı”ya salacaq. İstisna deyil ki, ABŞ şirkətləri öz investisiyalarının bir hissəsini də Ermənistandan çıxaracaq”, - deyə mənbə qəzetə danışıb.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz aprelin 2-də keçirilən parlament seçkilərində rüşvət hadisələri, inzibati resursların tətbiqinin geniş yayılması və seçicilərə təzyiqlərlə bağlı dəqiq məlumatlar əldə etdiyini açıqlamışdı.
(publika.az)


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___