Qardaşı tərəfindən bıçaqlanaraq öldürülən Nigarın görüntüləri (FOTO)
Tarix: 08-05-2017 | Saat: 11:04
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Evə gec gəldiyi üçün qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən qızın fotoları ortaya çıxıb.Sosial şəbəkələrdə paylaşılan şəkil qətlə yetirilən Nigar Məsimovaya məxsusdur.
Sözügedən ağır cinayət paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verib. Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində bacısı 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş.
İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb. Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısını bir neçə zərbə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.(baku.ws)
Xəbəri paylaş
8768 dəfə oxunub.
Digər xəbərlər

2-10-2022, 14:28
Sabah Bakıda yağış yağacaq
11-10-2018, 16:20
"Azərbaycanda meşələrə kameralar quraşdırılacaq" - Firdovsi Əliyev
16-08-2016, 22:30
Hitlerin "qızıl qatarı" AXTARILIR
4-05-2016, 15:54
Kiçik oğlu kralı ağlatdı
24-06-2019, 17:16
"Xanımlar soyunmağı qarşılarına məqsəd qoyublar"
21-10-2016, 18:33
"07" əvvəl beton səkiyə, daha sonra işıqfora çırpıldı: 2 yaralı - YENİLƏNİB - VİDEO
1-11-2017, 10:17
Azərbaycandan rekord - UEFA reytinqi
30-10-2016, 15:23
Azyaşlı bacılar dəm qazından zəhərləndilər - Şirvanda
4-05-2016, 13:16
Baş nazirin ailə biznesi erməniləri ayağa qaldırdı