Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fransada ikinci tur prezident seçkilərində Makron qalib gəlib - YEKUN NƏTİCƏLƏR
Tarix: 08-05-2017 | Saat: 10:10
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər



apa-nın xəbərə görə, artıq bülletenlərin 100 faizi hesablanıb.
 
Seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb.
 
Ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.
 
***
 
03:43
 
Fransada ikinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.
 
apa-nın xəbərə görə, artıq bülletenlərin 98,26 faizi hesablanıb.
 
Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, sabiq iqtisadiyyat naziri,  “En Marche!” ("İrəli!") hərakatının lideri Emmanuel Makron 65,82%,  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 34, 18 % səs toplayıb. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib.
 
Emmanuel Makron 1977-ci il, dekabrın 21-də Amyen şəhərində doğulub. 2004-2008-ci illərdə Fransa  İqtisadiyyat nazirliyində müfəttiş vəzifəsində çalışıb. 2008-ci ildə “Rothschild & Cie” bankında fəaliyyətə başlayan E.Makron iki il sonra bankın idarəçi tərəfdaşı postunadək yüksəlib. 2012-2014-cü illərdə prezident Fransua Ollandın administrasiyasında çalışıb. 2014-cü ildə Fransanın İqtisadiyyat naziri təyin edilib. 2016-cı il, avqustun 30-da vəzifəsindən istefa verib. 2006-2009-cu illərdə Sosialist partiyasının üzvü olub, 2016-cı ildə “İrəli!” hərəkatını yaradıb. Evlidir.
 
***
 
00:41
 
 
Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
 
apa-nın məlumatına görə, hazırda bülletenlərin 75 faizi hesablanıb.
 
Bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin “Tvitter”-dəki  açıqlamasında bildirilir.
 
Məlumata əsasən, sabiq iqtisadiyyat naziri,  “En Marche” Hərakatının lideri Emmanuel Makron 63,16%,  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 36, 84% səs toplayıb.
 
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. 
 
***
 
22:11
 
Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
 
apa-nın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron  65,9% səslə öndədir.  Onun rəqibi ,  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.
 
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. 
 
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
 
***
 
20:32
 
Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.
 
apa-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər verib.
 
Məlumata əsasən, səslərin 62-65 faizini toplayan “En Marche” (Yürüş) Hərakatının lideri "Milli Cəbhə"nin lideri Marin Le Peni üstələyir.
 
Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayacaq.
 
Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___