Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trampın kürəkəni ailə biznesindən, ailəsi isə onun adından istifadə edir
Tarix: 07-05-2017 | Saat: 18:46
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər



Cared Kuşnerin ailəsi zəngin çinlilərin Amerikada daşınmaz əmlak müqabilində ölkəyə investisiya qoyması üçün danışıqlar aparır. Hazırkı dövlət proqramına görə, investisiya qoymaqla ABŞ-da yaşamaq hüququ əldə etmək mümkündür.


Xəbəraz.az musavat.com-a istinadən xəbər verir ki, Kuşnerin bacısı Nikola Kuşner Meyer ötən şənbə (6 may) Pekinə səfər edib. ABŞ mediasının verdiyi məlumata görə, səfərin məqsədi Nyu-Cersidəki lüks yaşayış kompleksi layihəsinə 150 milyon dollar yatıra bilən adam tapmaqdır. Cared Kuşner Donald Trampın kürəkəni, həm də baş məsləhətçisidir. Onun həm yerli, həm də xarici siyasətdə Trampa təsirinin böyük olduğu bildirilir. O, Ağ Evdə işə başladıqdan sonra ailə biznesindən istefa etdi, lakin Çin invesitisiyasının Kuşnerin ailəsi tərəfindən axtarılması birmənalı qarşılanmayıb.
ABŞ EB-5 viza proqramına görə, xarici vətəndaşlar minimum 500.000 dollar investisiya qoymaqla və eyni zamanda 10 iş yerini açmaqla ABŞ-da daimi yaşamaq hüququ əldə edirlər.
New York Times xəbər verir ki, investorların cəlb edilməsinə görə, ailə şirkəti Kuşnerin adından istifadə edir. 
Pekində 100 investorla söhbət aparan Nikola Kuşner bildirib ki, layihə ailəsi və onun üçün çox önəmlidir. O,  qardaşı Kuşnerin keçmiş baş direktor kimi əvəzsiz rolunu xüsusi vurğulayıb.
Pekinin Ritz-Carlton otelində keçirilən tədbirin sloqanı da diqqəti cəlb edib: "Hökumət dəstəkləyir, əmlak mütəxəssisləri tikir".
Kuşner Şirkətlər qrupunun bu gün Şanxay və Çinin cənub şəhərlərində də görüşlər keçirəcəyi planlaşdırılıb.
Qeyd edək ki, EB-5 proqramı 1990-cı ildə Amerika iqtisadiyyatını yüksəltmək naminə tətbiq edilən proqramdır. 2014-cü ildə 10000 kvota ilə verilən EB-5 vizalarının 90% - i Çinlilər tərəfindən əldə edilib. Bildirilir ki, saxta investisiya qoymaq adı altında varlı çinlilər ABŞ-da yaşamaq hüququ əldə edirlər.


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___