Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə “yas pulu” üstündə dava: gənc oğlan döyüldü
Tarix: 06-05-2017 | Saat: 22:13
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bərdə rayonunun Dəymədağlı kəndində pul üstündə dava düşüb.

Xəbəraz.az "report"a istinadən bildirir ki, hadisə yas mərasimi zamanı baş verib.

Belə ki, kənddə yaxın qohumunun yas mərasimində pul yığan 1984-cü il təvəllüdlü Əsədov Fikrət Akif oğlu həmkəndlilərinin hücumuna məruz qalıb. Hadisəyə kənd sakini Qəhrəman Kərimovun "yas pulu"ndan oğurluq etmək istəməsi səbəb olub. Bunu görən F.Əsədov Q.Kərimovla mübahisə edib. Daha sonra Q.Kərimovun Yalçın və Bəbir adlı övladları F.Əsədovu kəndin kənarındakı əkin sahəsinə aparıblar və orada ona küt alətlə ağır bədən xəsarətləri yetiriblər.
Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Travmatologiya şöbəsində olan F.Əsədovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

1 0598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___