Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda gözübağlı bərbər hər kəsi mat qoydu — VİDEO
Tarix: 06-05-2017 | Saat: 17:24
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər

 

Goranboyun Qızılhacılı kənd sakini 24 yaşlı Afiq İsgəndərov 7 ildir ki, sözügedən kənddə bərbər işləyir.

Xəbəraz.az ARB 24-ə istinadla xəbər verir ki, onu həmkarlarından qeyri-adi bacarığı fərqləndirir. Məsələ ondadır ki, Afiq müştərilərin saçını gözü bağlı kəsir. Goranboylu usta qeyri-adi bacarığı ilə bölgədə bir ilk reallaşdırdığını deyir. 
Afiq İsgəndərov (bərbər): "3 ildir gözübağlı saç qırxmağı hobbi kimi edirəm. Təzə vaxtı öyrənəndə çətinliklərim oldu. Başqalarından seçilmək üçün bu yola əl atdım. Sonra gördüm ki, alınır. Ülgüclə, maşınla, qayçı ilə hər şeylə rahat işləyirəm".
Afiq o qədər iddialıdır ki, hətta gözlərini müştəriyə bağlatdırır. Həm qayçı, həm də maşınla rahat işləyən bərbər müştərinin saçını kəsərkən əlləri ilə onu hiss etdiyini və formanı ona uyğun müəyyənləşdirdiyini deyir. Gənc bərbərin gözlərini bağlayıb ondan uyğun saç stilini tələb edənlər də nəticədə onun işindən razı qaldıqlarını bildirirlər. Gənc usta deyir ki, gələcəkdə nə vaxtsa bərbərlər arasında belə bir yarışma keçrilərsə, o yarışda öz bacarığını nümayiş etdirəcək.




Xəbəri paylaş

8868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___