"Porsche" ilə gənc ananı öldürən biznesmenin oğlu saxlanıldı
Tarix: 06-05-2017 | Saat: 13:22
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.
Sabunçu Rayon Polis İdarəsinin və DİN-in "Təhlükəsiz şəhər" Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. "Təhlükəsiz şəhər" Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir.
Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş
7108 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-05-2017 | Saat: 13:22
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakı Şəhər Baş Polis İdarəsi mayın 3-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.
Sabunçu Rayon Polis İdarəsinin və DİN-in "Təhlükəsiz şəhər" Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. "Təhlükəsiz şəhər" Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir.
Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
4-08-2017, 10:39
Qızılın qiyməti düşüb
8-05-2017, 10:42
Millimizin üzvünün porno qalmaqalı davam edir - Məhkəməyə çıxır
26-02-2016, 13:07
İlhamənin oğlu: "Jurnalistlərdən dəfələrlə üzr istəyirəm"
30-11-2017, 10:47
Qardaş qardaşı döyərək komaya saldı
26-05-2021, 14:05
Mayın 28-i ictimai nəqliyyat işləməyəcək? - RƏSMİ AÇIQLAMA
12-05-2016, 16:22
Bakıda oğlan anası ilə birləşib 14 yaşlı qızı qaçırdı...
10-12-2016, 16:15
Azərbaycanlı rejissor səfərə hazırlaşır - Foto
25-05-2023, 16:37
“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin..?” - "Bəxt üzüyü"nün Moşusu
14-12-2017, 13:46
Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib
6-10-2015, 14:01
“Ölkə rəhbərləri də bunu anlamır?“ - Novruz Məmmədov