Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ərimin həyatında başqa qadın var idi” - Damla
Tarix: 05-05-2017 | Saat: 15:14
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

“Ərimin həyatında başqa qadın var idi”

“Müğənnilikdən öncə kompyüterlə bağlı bir şirkətdə işləyirdim. Menecer vəzifəsində idim. Ali təhsil aldığım ərəfələrdə evlilik həyatı qurdum. 18 yaşımda evləndim”. 
Xəbəraz.az xəbər verir ki, bunu müğənni Damla “Gəlin danışaq” verilişinə qonaq olarkən deyib. Sənətçi şəxsi həyatı barədə maraqlı açıqlamalar verib:
“Maddi durumumuz o qədər də yaxşı deyildi. Düşündüm ki, müğənnilikdən uzaqlaşım. Şirkətdə çalışan zaman öz-özümə mahnı oxuyurdum. Mənə deyirdilər ki, səsin var, get oxu. İşləməyə başlayanda artıq boşanmışdım. Evliliyimiz 1 il sürdü. Evliliyimizin başa çatması mənimlə bağlı olmadı. Xaricdə yaşayırdı və orada özünə görə bir həyatı var idi. Bunu nə vaxta kimi uzatmaq olardı? Ayrı qalırdıq demək olar ki. Valideynlərim narazı idilər ki, belə olmaz.
Gözlərinin qabağında şam kimi əriyirdim. Onun həyatında başqa qadın var idi. Həyatımda yaşadığım heç bir pis hadisə üçün depresiyaya düşmürəm. Əslində böyük psixoloji travma almışdım. O travma da oğlum üçün idi. Şükür ki, hər şey yaxşıdır. Peşman deyiləm”


Xəbəri paylaş

1 7468 dəfə oxunub.

Digər xəbərlər
9-07-2015, 12:08 DİVA ŞOKDADIR - VİDEO

bütün xəbərlər
____ Instagram ___