Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan əhalisinin 5-8 faizi bu xəstəlikdən əziyyət çəkir
Tarix: 04-05-2017 | Saat: 19:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


"Astma geniş yayılmış xəstəliklərdən biridir və hazırda dünyada 150 milyon nəfər bronxial astmadan əziyyət çəkir. Təxmini hesablamalara görə, ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır".
Xəbəraz.az apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ekologiyanın pozulması və genetik səbəblərdən xəstələrin sayı ilbəil arta bilər. Xəstəliyin yayılmasında irsi faktorların da çox böyük rol oynadığını deyən baş allerqoloq bildirib ki, bronxial astmanın yayılmasının digər ən mühüm yayılma yolu məişət gənələridir. Ölkədə astma xəstəliyinin yayılma arealından danışan professor qeyd edib ki, Abşeron regionunda dənizə yaxınlaşdıqca onun yayılması və çoxalması üçün daha əlverişli mühit yaranır. Sonrakı yerdə Lənkəran-Astara zonasının olduğunu deyən C.Məmmədov qeyd edib ki, Naxçıvanda da astma xəstələrinin sayı çoxluq təşkil edir: "Lakin dağlıq və dağətəyi rayonlarda onun əmələ gəlməsi üçün o qədər də münbit şərait yoxdur. Xəstələrin 70-80 faizində astma tutmalarından əvvəl burun axmaları başlayır. Təəssüf ki, bəzən həmin əlamətləri qripə oxşadır və dəyişik salırlar. Əslində isə həmin əlamət astmaqabağı allergik rinitdir. Ona görə də allergik rinit əlamətləri yarananda xəstə otolarinqoloq yox, ilk növbədə, allerqoloq müayinəsindən keçməlidir. Allergen əlamətlər aşkar edildikdə spesifik immunoterapiya vasitəsilə xəstəliyin qarşısını almaq mümkündür".




Xəbəri paylaş

5608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___