Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Peyğəmbərimizin (s) dilində İmam Əlinin (ə) vəsfi
Tarix: 04-05-2017 | Saat: 13:34
Bölmə:Karusel / İbadət | çapa göndər



Rəsuli-Əkrəm (s) İmam Əlinin (ə) sonsuz şəxsiyyəti, misilsiz kamalı və nəhayətsiz fəziləti haqqında hədislər buyurmuşdur ki, bir neçəsinə işarə edək.
Həzrət Peyğəmbər (s) buyurmuşdur:
“Əgər bütün bağlar qələm olsa və bütün dənizlər mürəkkəb, bütün cinlər hesablayan və insanlar yazan - Əlinin fəzilətini saymağı bacarmazlar.”
“Hər kim istəsə mənim kimi yaşasın və ölsün, Əli ibni Əbi Talibin vilayətinə söykənsin”.
“Aləmlərin Pərvərdigarı mənə vəhy etmiş və məni vəzifələndirmişdir ki, Əlini (ə) Əmirəl-möminin (ə) ləqəbi ilə çağırım”. Və buyurur: “İndiyə qədər heç kimi bu ləqəblə çağırmamışam və onu heç kimə verməyəcəyəm”.
Həzrət Peyğəmbər (s) vəfat etməmişdən əvvəl gələcəkdən xəbər verib, buyurmuşdu: “Həzrət Musanın (ə) davamçıları 71 qrupa bölünüblər. Onların hamısı atəş əhlidirlər. Ancaq bir qrupdan başqa ki, vəsiləri Yuşenin ardınca getmişdilər. İsanın (ə) davamçıları 72 qrupa bölünmüşdülər. Hamısı axirəvi əzaba düçar olacaqlar. Ancaq o qrupdan başqa ki, Şəmunun ardınca getmişdilər. Mənim ümmətim də 73 qrupa bölünəcəkdir və hamısı Allah qəzəbinə giriftar olacaqlar. Ancaq o qrupdan başqa ki, canişinim və vəsim Əli ibni Əbitalibin (ə) ardınca gedərlər”.
“Hər kəs Həzrət Nuhun (ə) əzm və iradəsinə nəzər salmaq istəsə, Həzrət Adəmin (ə) elmini dərk etmək istəsə, cəddim Həzrət İbrahimin (ə) həlimlik və səbrinə baxmaq istəsə, Həzrət Musanın (ə) ayıqlıyığına və Həzrət İsanın (ə) dünyaya olan əlaqəsizliyinə nəzər salmaq istəsə - Əlinin (ə) mübarək vücuduna nəzər salsın”.
“Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Hər kim daxil olmaq, istəsə gərək bu qapıdan keçsin”.
“İmanlı hər bir insanın dəftərinin ilk başlığı Əli ibni Əbitalibə (ə) olan məhəbbəti və dostluğudur”.
“Əli məndən sonra ümmətimin ən bilikli insanıdır”.


Xəbəri paylaş

7188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___