Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putinlə Ərdoğanın görüşündən ilk bəyanatlar - Yeniləndi
Tarix: 03-05-2017 | Saat: 16:18
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər




Rusiya prezidenti türk həmkarı ilə işçi rejimdə görüşmək imkanını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Suriya böhranını operativ müzakirə etmək imkanı Rusiya və Türkiyə münasibətlərinin bərpasını göstərir.
“Yaxşı ki, işçi rejimdə görüşərək ikitərəfli münasibətlər və beynəlxalq gündəliyin əsas problemləri üzrə danışmaq imkanı var. Bizim birgə işimizin belə rejimi göstərir ki, Rusiya-Türkiyə münasibətləri xüsusi xarakter əldə edir və tam formatda bərpa olunur”, - Putin bildirib.
Putinin fikrincə, Türkiyədə daxili siyasi vəziyyətinin tədricən bərpası Rusiya ilə münasibətlərin inkişafı üçün şərait yaradacaq.
Türkiyə prezidenti öz növbəsində, Suriya üzrə Rusiya ilə əməkdaşlığı effektiv adlandırıb.
“Mən əminəm ki, bizim birlikdə atacağımız addımlar bütün regionun taleyini dəyişəcək”, - Türkiyə prezidenti deyib.


Bu gün Soçidə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin nəzərdə tutulan görüşü artıq başlayıb.
Yerli vaxtla 13:35-də başlayan görüş salamlaşma nitqindən sonra mətbuata qapalı şəkildə davam edəcək.
Görüşdə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, prezident baş katibinin müavini İbrahim Qalın və MİT nümayəndəsi Hakan Fidan iştirak edib.


Xəbəri paylaş

7988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___