AZAL fəaliyyətini dayandırıb bəyanat yaydı
Tarix: 03-05-2017 | Saat: 15:27
Bölmə:Karusel / İdman | çapa göndər
AZAL futbol klubu fəaliyyətini dayandırıb. Apasport.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə bəyanat yayıb.
“Futbola olan dövlət qaygısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin saglam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə görülmüştədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artmış, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilmişdir. AZAL Peşəkar Futbol Klubu da öz növbəsində yarandıgı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət etmişdir. Bu məqsədlə, Klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilmiş, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunmuşdur Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır. Bu tələbləri nəzərə alaraq, Klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılmış və belə bir qərara gəlinmişdir ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli Klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur. AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaqdır. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcəkdir”.
Xəbəri paylaş
8298 dəfə oxunub.
Digər xəbərlər

26-01-2017, 15:15
İŞİD azərbaycanlı ailəni MƏHV ETDİ - KÖRPƏ UŞAQLAR ÖLDÜRÜLDÜ
1-01-2020, 18:53
Xamneyi Trampın təhdidlərinə cavab verdi
7-02-2017, 21:04
“Bu il Azərbaycana 30 min ərəb turistin gələcəyi gözlənilir”
17-06-2021, 10:36
Ağdamda minaya düşən şəxsin cəsədi dron vasitəsilə aşkar edilib - DİN-dən AÇIQLAMA
13-08-2019, 08:24
Binədə çörək almağa gedən azyaşlını maşın vurdu
22-10-2017, 11:41
Bakıda parkomatı sındırdılar: "Samaraya bilet lazımdır" - FOTO
22-11-2015, 22:32
Əhməd Mustafayevdən yeni mahnı+fotosessiya
24-11-2015, 23:12
Türk haker Rusiyanın yüzlərlə saytını dağıtdı
14-03-2015, 10:03
Zabratda qanlı dava
9-03-2020, 09:55
Boşandığı ərinə görə azərbaycanlı qadını bıçaqladı - FOTOLAR