Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qəbələ" , "Neftçi" və "İnter"in rəqibləri də müəyyənləşdi
Tarix: 22-06-2015 | Saat: 16:45
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

"Qəbələ" , "Neftçi" və "İnter"in rəqibləri də müəyyənləşdi

Bu gün Avropa Liqasının 2015/16 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.Xeberaz.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın 3 təmsilçisinin mübarizəyə qatılacağı I təsnifat mərhələsinin cütləri müəyyənləşib.

Bu raundda çıxış edən 102 komanda 51 cüt təşkil edib. Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” Albaniyanın “Laçi” klubu ilə görüşəcək. "bakılılar" ilk matçı Albaniyada keçirəcək.

Çempionatımızın bürünc mükafatçısı “Qəbələ” Gürcüstan “Dinamo”su ilə görüşəcək. Təmsilçimiz Tiflis klubu ilə ilk görüşü səfərdə, cavab oyununu evdə keçirəcək.

Paytaxt təmsilçisi “Neftçi”nin bəxtinə Monteqro “Mladost”u düşüb. “Ağ-qaralar”da ilk matçı rəqib meydanında keçirməlidi. Lakin hər üç komandamızın ev oyunu – eyni günə təsadüf etdiyindən matçlardan birinin, hətta ikisinin yeri və vaxtı dəyişdirilə bilər.

Avropa Liqası, I təsnifat mərhələsi
(2 iyul/9 iyul)

“Dinamo” (Tiflis, Gürcüstan) - “Qəbələ” (Azərbaycan)
“Laçi” (Albaniya) – “İnter” (Azərbaycan)
“Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan)


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___