Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
15 yaşlı qızını yatdığı yerdə öldürən atadan YENİ XƏBƏR
Tarix: 02-05-2017 | Saat: 17:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

15 yaşlı qızını yatdığı yerdə öldürən atadan YENİ XƏBƏR

15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxs barəsində psixoloji ekspertiza keçirilməsini istəyib: "Məhkəmədə gördünüz ki heç bir ciddi səbəb olmadan bu adam öz qızını öldürüb. Həmin vaxt onun psixi pozuntusu olub".
Prokuror bildirib ki, Nəsib Cabbarov barəsində ekspertiza keçirilib və cinayəti törədən zaman anlaqlı vəziyyətdə olduğu ilə bağlı rəy var. Buna görə dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.
Hakimlər kollegiyası müşavirə gedib. Müşavirədən gələn kollegiya vəsatətin təmin olunduğunu bildirib.

İşin baxışına xitam verilib. Nəsib Cabbarov barəsində yenidən təkrar stasyonar psixatrik ekspertiza təyin edilib.

Qeyd edək ki, qətl keçən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanın əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində gecə yatdığı amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib.

Məhkəmə dövründə ifadə verən Nəsib Cabbarov bildirib ki, cəbhə bölgəsində aprel ayında aparılan əməliyyatlar zamanı ermənilər tərəfindən atılan qrat 50 metr yaxınlığına düşüb. Ondan sonra başının pozulduğunu deyən təqsirləndirilən şəxs qızını niyə öldürməsini bilmədiyini deyib: "Qızım əxlaqsız deyildi. Həmişə mənə baxırdı. Onu öldürməyimi xatırlamıram".

Ona Cinayət Məcəlləsi 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və120.2.9 maddəsi ilə ittiham verilib.


Xəbəri paylaş

7618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___