Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı və erməni birgə oyun şərh etdilər
Tarix: 02-05-2017 | Saat: 12:15
Bölmə:Karusel / İdman | çapa göndər

Azərbaycanlı və erməni birgə oyun şərh etdilər

Rusiya Premyer Liqasında dünən keçirilən “Krasnodar” – “Anji” matçını (0:0) azərbaycanlı Elvin Kərimovla erməni Nobel Arustamyan birgə şərh ediblər.


Arastamyan matçı şərhçilər otağından şərh edib, E.Kərimov isə meydançanın kənarından oyunda baş verənləri danışıb.

Maraqlıdır ki, “Anji”nin baş məşqçisi erməni Aleksandr Qriqoryan, futbolçularından biri isə azərbayanlı Ayaz Quliyevdir.

Qeyd edək ki, hər iki şərhçi Rusiyanın “Matç” TV kanalında çalışır. Bu görüş həm sözügedən, həm də “Naş futbol” kanalı vasitəsi ilə yayımlanıb. Matçdan sonra E.Kərimov “Anji”nin baş məşqçisi Aleksandr Qriqoryandan müsahibə alıb.

haqqin.az saytının yazdığına görə, bu şərhçilər 2013-cü ildə “Qalatasaray”la “Yuventus” arasındakı Çempionlar Liqasının matçı da birgə şərh ediblər və bu, uğurlu alınıb. E.Kərimov həmin oyundan sonra bildirmişdi ki, birgə şərhlərinin bəzi insanlarda mənfi reaksiya doğuracağını gözləyirmiş: “Amma buna əhəmiyyət vermədim. İnsanların milliyəti məni ən sonda maraqlandıran məsələdir”.

Qeyd edək ki, Nobel Arustamyan 2015-ci ildə “Avro-2016”nın Azərbaycan və İtaliya komandaları arasındakı görüşünü şərh edəcəkmiş. Amma o, son anda bundan imtina edib. Onun ailəsi 1988-ci ilə qədər Azərbaycandan yaşayıb, sonra Moskvaya köçüb. Arustamyan babasının Dağlıq Qarabağda doğuldunu bildirib. O, bir neçə dəfə Azərbaycanın işğal altındakı bu bölgəsinə səfər edib. Erməni şərhçi həmkarı olan bir çox idman jurnalistlərini Qarabağa gedərək orada təşkil edilən futbol turnirində iştirak etməyə çağırıb. Arustamyan Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşüb.

Əlavə edək ki, E.Kərimov 2014-cü ildə “Qarabağ”la “İnter” arasında Avroliqanın son qrup oyunu zamanı Ağdam klubunun son dəqiqədə vurduğu qolun hesaba alınmamasına emosional reaksiya vermiş, bu qərarın komandanın və milyonlarla azərbaycanlı azarkeşin hisləri ilə oynadığını bildirmişdi. Ümumiyyətlə, xüsusilə “Qarabağ”ın matçları zamanı E.Kərimovun öz həmyerlilərinə simpatiyası açıq-aşkar sezilir.


Xəbəri paylaş

8148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___