Deputatdan müğənnilərə ittiham: Niyə öz bölgənin adamları sənə görə xəcalət çəkməlidirlər?
Tarix: 02-05-2017 | Saat: 11:38
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədə yazıb.
Əlimdə imkan olsaydı bir çox peşə sahiblərinə, ələxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım. Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin. Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?
Xəbəri paylaş
7778 dəfə oxunub.
Digər xəbərlər

3-03-2016, 13:22
Aygündən danışan Natəvanın qorxudan dili topuq vurdu - VİDEO
12-05-2017, 12:58
Bakı kəndlərinə gedən bəzi sürücülər gediş haqqını qaldırıb
23-08-2022, 10:47
"Papanin"də əhali fəryad edir: Narkomanların əlindən bezmişik - VİDEO
11-05-2021, 01:47
Xankəndində sülhməramlı paradı niyə olmadı: - Lavrovun Bakıya 10 may səfərinin şifrələri...
9-10-2018, 15:12
Məktəbli qız "Dəmir yiğan"lar tərəfindən qaçırıldı-Bakıda şok olay
5-01-2023, 14:31
İlham Əliyev və Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər - FOTO
25-09-2017, 10:05
Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib - FOTO
2-05-2017, 23:39
Avropa çempionatının ilk günü: 2 qızıl medal – YENİLƏNİB