Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qəbələ” rekordu təkrarladı
Tarix: 30-04-2017 | Saat: 17:18
Bölmə:Karusel / İdman | çapa göndər

“Qəbələ” rekordu təkrarladı

Azərbaycan Premyer Liqasında 2016/17 mövsümü sona çatıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün bürünc mükafatçısı “Qəbələ” bu dəfə nəticəsini yaxşılaşdıraraq “gümüş”ə yiyələnib.

“Qırmızı-qaralar” 28 oyunda 48 qol vurub ki, bu da klubun Azərbaycan çempionatları tarixindəki rekordunun təkrarıdır. Əyalət təmsilçisi 2013/14 mövsümündə də rəqib qapılarından 48 qol keçirmişdi.

Buraxılan qolların sayında isə çempionat tarixinin ən yaxşı ikinci göstəricisi təkrarlanıb. Roman Qriqorçukun komandası 2008/09 mövsümündə olduğu kimi 21 dəfə məyus olub.

Bu göstəricidə ən yaxşı nəticə isə 2010/11 mövsümündə qeydə alınmışdı. O vaxt ingilis mütəxəssis Toni Adamsın rəhbərlik etdiyi komanda 32 oyundan sonra qapısında cəmi 18 qol görmüşdü.

Qeyd edək ki, “Qəbələ”yə mövsümü ikinci sırada başa vurmaq üçün 28 oyundan sonra 52 xal kifayət edib.


Xəbəri paylaş

8788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___