Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şou əhli-"Yemək bişirmək arvad işidir, əsl kişi..."
Tarix: 29-04-2017 | Saat: 15:25
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Şou əhli-"Yemək bişirmək arvad işidir, əsl kişi..."

Heç kimə sirr deyil ki, Azərbaycanda kişilərin mətbəxə girməsi əksər hallarda birmənalı qarşılanmır. Hətta bir çox kişilər belə demək mümkünsə, bunu özünə eyib bir iş hesab edir.
Bunun nə dərəcədə doğru olub-olmaması isə başqa bir yazının mövzusudur. Bizi maraqlandıran yerli kişi müğənnilərin mətbəxlə aralarının necə olmasıdır. Yəni hər zaman qalmqalla, yaxud yaradıcılıq işləri ilə gündəmin nəbzini tutmağa çalışan kişi müğənnilərmiz mətbəxə girirlər? Əgər girilərsə, hansı xörəkləri bişirməyi bacarırlar? Yoxsa, əksinə. Onlar da xörək bişirməyi “arvad işi” hesab edirlər...

Beləliklə, Sualların xalq artsiti Bilal Əliyev, əməkdar artistlər Cavanşir Məmmədov və Baloğlan Əşrəfov cavablandırır.

Xalq artisti Bilal Əliyev: “Mənim atam aşpaz olub. Bir zamanlar həm kababçı olub, həm də aşpaz vəzifəsində işləyib. O, sonradan restoran rəhbəri olub. Atamın hazırda 83 yaşı var. Mən də uşaq vaxtı atamın yanında olmuşam, onunla birgə işə getmişəm. Ona mətbəxdə kömək etmişəm, bütün xörəkləri hazırlamağı öyrənmişəm. Öyrəndiyimə görə də yeməklərin hamısını bişirə bilirəm. Düzdür, mətbəxə az hallarda girirəm. Yoldaşım da bilir ki, bütün yeməkləri bişirməyi bacarıram. Amma hərdən kefimə düşər ki, dadlı yeməklərdən birini bişirim. Hər hansı bir yeməyi bişirəndən sonra həyat yoldaşım dəfələrlə deyir ki, filan yeməkdən bir daha bişir, çünki sənin əlindən çıxan xörəklər dadlı olur. Onu da deyim ki, mən mətbəxə girəndə- hər hansı bir xörəyi hazırlayanda istəyirəm, kimsə yanımda olsun, mənə kömək etsin. Soğan soymaq lazımdırsa, soysun, qab yumaq lazımdırsa, onu etsin, göyərtini xırda-xırda doğrasın və sairə. Yəni həmin işləri görməyə səbrim çatmır. Onu da deyim ki, ən sevdiyim sulu xörəklərdir. Küftə-bozbaşı, şorbaları bişirməyi xoşlayıram. Onu da deyim ki, mən elə şorbalar bişirirəm ki. Yəni özümdən improvizələr edirəm. Çünki xarici ölkələrdə çox olmuşam. Hansı ölkədə oluramsa, şorbaları necə hazırlayırlarsa, onlara hər zaman nəzər salıram. Hansında xoşuma gələn nəsə olubsa, onu atamdan öyrəndiyim şorbaları hazırlayan zaman əlavə etmişəm. Kişinin mətbəxdə qadına kömək etməsinə yaxşı baxıram. Ümumiyyətlə, ailədə hamı bir-birinə kömək etsə, daha yaxşı olar. Yəni inkişaf etmiş ölkələrin hamısında bu belədir. Çox təəssüf ki, bizdə insanlar tamam başqa cür düşünürlər. Bəzən Azərbaycan kişilərinin çoxu mətbəxə girmir. Arvad nə bişirsə, gətirib qabağına qoysa onu da yeyir. Yəni mətbəxə girməyi özlərinə eyib hesab edirlər. Bu düzgün hərəkət deyil. Mən düşünürəm ki, ailədə ərlə-arvad bir-birinə kömək etməlidir. Ailədə böyüyən uşaqlar da valideynlərindən bunu görməlidir ki, gələcəkdə öz ailələrinə münasibətdə elə olsunlar”.

Əməkdar artist Cavanşir Məmmədov: “Mən belə şeylərdən uzağam, 60 yaşım var. Mənə lazımdır mətbəxə girim?! Mən öz şəxsiyyətimi nə mətbəxə, nə də həyat yoldaşıma, nə də ki, heç kimə qurban verən deyiləm... Mən tamam başqa adamam”.

Əməkdar artist Baloğlan Əşrəfov: “Açığı,mətbəx nə olan seydi, orada nə edirlər, bundan xəbərim olmur. Tələbəlik illərində və yaxud cavan vaxtlarımda yumurta və ya kartof qızartmışam. Söhbət çox-çox keçmiş illərdən gedir. Bundan başqa mənim əlimdən yemək bişirmək gəlmir. Hətta həyat yoldaşım mənə mətbəxə girmək, nəsə bişirmək yasaq olunub. Amma bişirlən bütün yeməkləri yeməyi bacarıram, kaprizim yoxdur. Mən ümumiyyətlə yeməkləri çeşidləməyi sevmirəm. Hamısını yeyə bilirəm. Təsəvvür edin, qonaq getmişəm. Evin xanımı bişirdiyi xörəyi necə yeməyim? Yaxud da hansısa restorana getmişəm, ofisiant menyunu təqdim edir. Mən də başlayıram ki, əşi, yox, mən bu yeməkləri yeyə bilmirəm. Xeyr, elə deyil, Allah verəndən nə varsa, yeməyi bacarıram. Sevdiyim xörəklərdən plovu çox xoşlamışam. Amma indi müəyyən səbəblərdən yemirəm. İndi qara düyü ilə hazırlanan plovdan yeyirəm. Digər milli xörəklərimizi çox sevirəm. Düşbərəsindən tutmuş, xəngəlini, dovğa aşını çox sevirəm. Bir məqama da toxunmaq istəyirəm, bizdə bəzən efirlərdə belə milli xörəyimiz olan plova “aş” deyirlər. Ay aşı belə dəmləmişik, aşın qarasını elə hazırlamışıq lazımdır-filan... Aş sözünü plova şamil etmək olmaz. Plov elə plovdur. Aş isə tərkibində su olan xörəklərə deyilir. Məsələn, bozbaş, xaş, xəmiraşı və sairə”.(big.az)


Xəbəri paylaş

6048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___