Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə Vikipediya bloklandı
Tarix: 29-04-2017 | Saat: 13:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyədə Vikipediya bloklandı

Dünyanın ən böyük internet ensiklopediyası olan Vikipediyaya Türkiyədə giriş bloklanıb.

Platformaya giriş bu gün səhər saatlarından mümkün olmayıb. Buna səbəb isə saytda yer alan bəzi yazılarda terrora dəstək verilməsi, Türkiyəni terrorçu bir ölkə kimi göstərməyə çalışması olub. Hökumət rəsmiləri qeyd edilən nüanslarla bağlı dəfələrlə xəbərdarlıq edildiyini, ancaq hər hansı bir nəticənin olmadığını bildiriblər.

Son zamanlar sosial media şirkətləri və internet portalları ilə sıx təmasda olan Türkiyə hökuməti beynəlxalq internet platformalarının ölkədə şöbə açmasını, beynəlxalq hüquqa uyğun davranmağı və məhkəmə qərarlarının həyata keçirilməsini istəyir.

Rəsmi açıqlamada qeyd olunan tələblər yerinə yetirildiyi təqdirdə Vikipediyaya Türkiyədən girişin yenidən bərpa ediləcəyi bildirilib.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
22-07-2015, 14:15 Şanlıurfada ikinci şok

bütün xəbərlər
____ Instagram ___