Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ
Tarix: 29-04-2017 | Saat: 12:50
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Gicitkən qədim zamanlardan faydalı müalicəvi bitki kimi tanınır. Həmçinin təzə gicitkən qiymətli qidalı məhsuldur.
Yazda təzə gicitkəndən çox dadlı və faydalı sup, borş bişirmək, salatlara, gutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar.
- Təzə gicitkən C vitamini ilə olduqca zəngindir. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır.
- A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır.
- Təzə gicitkən qanazlığı zamanı da çox faydalıdır. Qədim zamanlarda təzə gicitkəni ağır doğuş keçirmiş və çoxlu qan itirmiş qadınlara verirdilər. Bu onlara daha tez ayağa qalxmağa kömək edirdi.
- Gicitkən qədimdən "qadın otu" sayılır. Bu ot qadınlarda güclü menstrual qanaxmaları azaldır, menstrual ağrıları zamanı kömək edir.
- Təzə gicitkən orqanizmə əlavə güc verir, orqanizmin tonusunu qaldırır, insanı daha gümrah edir.
- Gicitkən həzm proseslərini yaxşılaşdırır, bağırsaqları təmizləyir.
- Təzə gicitkən şəkərli diabet xəstələri üçün də faydalıdır.
Təzə gicitkəndən hazırlanmış çay da çox faydalıdır. Belə çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 x.q. doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, sonra süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için.
Qanı qatı olan, varikoz xəstəliyi və yüxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər.(saglamolun.az)
Xəbəri paylaş
8258 dəfə oxunub.
Digər xəbərlər

24-02-2022, 11:11
Yaz öncəsi bədəni gücləndirməyin ƏN EFFEKTİV YOLU
2-07-2021, 10:44
MƏZUNLAR ÇEVİK İDARƏETMƏNİN OLMAMASINDAN ƏZİYYƏT ÇƏKİR - Təhsil naziri hələ də gözlədir
26-02-2021, 13:56
İlham Əliyevdən Xankəndi ilə bağlı AÇIQLAMA
14-11-2017, 12:09
Azəri qızı Günel nişanlısından yenə ayrıldı - AÇIQLAMA
13-05-2017, 17:37
Pop star ANAR məşhur tədbirdə iştirak edəcək- FOTO
5-01-2016, 13:04
2016-cı ildə 10 müharibə qaçılmazdır
5-11-2017, 20:14
"Başa düşdüm ki, onunla eyni şəhərdə yaşaya bilməyəcəm" - Azərbaycanlı model Türkiyədə ər axtarır