Qızılgül çayının faydaları
Tarix: 28-04-2017 | Saat: 20:23
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Bir çox analar məhz axşamlar uşaqlarını şirin yuxuya verəndən sonra, yarıqaranlıq mətbəxdə ətirli çay içməklə ötən günün yorğunluğunu və stressini çıxardıqlarını etiraf edirlər. Əksər qadınların favoriti olan qızılgül görünüşü və ətri ilə zövqləri oxşamasından əlavə, ləçəklərindən və ya qönçələrindən hazırlanan çayın faydaları ilə də xanımları təəccübləndirə bilər.
Alimlər qeyd edirlər ki, bir fincan qızılgül qönçəsi çayının tərkibində olan Vitamin C-nin miqdarı, 60 portağalın tərkibində olan miqdara bərabərdir. Qızılgül çayının tibbə məlum olan aşağıdakı faydaları var:
- Bədəndən toksinləri yuyub xaric edir.
- Bədənə sərinləşdirici effekt verir.
- Ağrıyan boğaz, axan burun və tutulmuş bronxlar kimi narahatlıqları aradan qaldırır.
- İnfeksiyalarla mübarizə aparır.
- Bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir.
- Bədəndə suyun qalmasını aradan qaldıraraq böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir.
- İshal, qəbizlik və digər mədə-bağırsaq narahatlıqlarına qarşı effektivdir.
- Qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.
- Ödün yuyulmasını təmin edir.
- Menstrual sancıların azalmasına yardım edir.
- Əhval yüksəldici xassəyə malik olduğundan yuxusuzluq, depressiya və yorğunluğun aradan qaldırılmasında faydalıdır.
Qızılgül ətri və dadı isidici effekti olan digər ədviyyatlarla kifayət qədər dadlı bir vəhdət yarada bilər. İstəkdən asılı olaraq çayınıza hil, mixək dənəcikləri, əlvan rəng üçün məkkəgülü ləçəkləri, zəncəfil kökü və s. əlavə etmək olar. Şirin çay sevərlər isə çaylarına bal və ya şəkər qatmaqla zövqlərini oxşaya bilərlər.
Xəbəri paylaş
1 0098 dəfə oxunub.
Digər xəbərlər

24-02-2019, 12:47
Sabah yağış yağacaq
8-09-2022, 13:06
Orqanizmdə möcüzələr yaradan SEHRLİ BİTKİ - İNANILMAZ NƏTİCƏ
31-05-2016, 00:59
Fransa Qətəri məhkəməyə verir: Mundial qalmaqalı
8-01-2018, 12:12
Erməni hərbçi məhv edilib-QARABAĞDA
27-07-2016, 14:29
"Baku Bus” 59 sürücünü işdən azad edib: 65 nəfərə xəbərdarlıq
14-12-2016, 20:18
Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda
11-09-2019, 01:43
Polis olmasaydı bıçaqlanılan şəxs qanaxmadan ölə bilərdi– FOTO
21-09-2020, 10:01
Düşmən bu əraziləri atəşə tutdu