Robert Prosineçki bukmekerdə 10 min uduzdu-FOTO
Tarix: 28-04-2017 | Saat: 11:43
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib.
Belə ki, o, “Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun “Vendsissel” – “Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının “Anderlext” – “Şarlerua” (0:1) görüşündə “üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.
48 yaşlı mütəxəssis İspaniya La Liqasında “Sevilya” – “Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. “Atletik” – “Betis” (2:1) matçında “üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında “Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.
Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi “Anderlext” – “Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

17-05-2016, 13:52
Şərq rəqsinin sultandan cazibədar – FOTOSESSİYA
10-11-2016, 12:18
Çovdarovun vəziyyəti ağırdır - Məhkəmədə fasilə
7-12-2015, 11:27
Siz necə yatırsınız?
21-02-2019, 16:41
Azərbaycanda dəhşətli hadisə:ər həbs edildi, qadın özünü öldürdü
4-04-2018, 20:28
İsmayıllıda dəhşət: Bərbərə işgəncə verib videoya çəkdilər - FOTO
17-03-2016, 21:12
Bu da Günay Musayeva - Biabırçılıq - FOTO
8-08-2017, 12:09
Dildə əmələ gələn ərp hansı xəstəliyin əlamətidir?
4-05-2017, 13:50
Sərxoş müğənnini bardan güclə çıxartdılar - Fotolar
3-05-2017, 16:46
Rektorun sökdürdüyü mozaika bərpa edildi
15-12-2018, 13:51
Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıdı