AST Telman barəsində qərar veriləcək — İş adamı 8 nəfərin qətlində ittiham edilir
Tarix: 28-04-2017 | Saat: 11:31
Bölmə:Karusel / Hadisə | çapa göndər
Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov səkkiz nəfərin qətl işinə fiqurant olub.
İş adamı sifarişli qətllər törədən mütəşəkkil cinayət qruplaşmanın işi üzrə istintaqda fiqurantdır. Bu barədə Rusiyanın nüfuzlu "Rosbalt" xəbər portalı məlumat yayıb. Məlumata əsasən, qruplaşmanın həbs edilən üzvü Telman İsmayılov əleyhinə ifadə verib.
Rusiya hüquq-mühafizə orqanlarından bildiriblər ki, qruplaşmanın üzvü Qarri Belotserkovskiy istintaqla sövdələşməyə gedib. Qarri İsmayılovlar ailəsinə daxildir. Belotserkovskiy ifadə verib ki, 2000-2016-cı ilər ərzində törədilən 8 sifarişli qətl barədə məlumatlıdır.
İsmayılov qardaşları bu qətlin sifarişçiləridirlər.
Bütün cinayətlər Moskvanın şimal dairəsindəki bir sıra ticarət obyektləri uğrunda gedən kriminal savaşla əlaqəlidir. Belotserkovskinin ifadəsinə əsasən 2000-ci ildə o, "Praqa" (AST Telmana məxsusdur) restoranında Rafiq və Telman İsmayılovun söhbətinin şahidi olub.
Söhbət zamanı Andrey Lobanov adlı kriminal avtoritetin məhv edilməsi müzakirə edilib. Tezliklə Lobanov güllələnir.
Yaxın müddətdə ölüm işlərinə yeniləri əlavə ediləcək. Rafiq İsmayılova qarşı ittiham irəli sürülüb. İsmayılov qardaşlarından digəri, Vaqif İsmayılov uzun müddət daxili işlər nazirliyində çalışıb və hazırda istintaqdan yayınıb. O, axtarışa verilib. Telman İsmayılov məsələsi hazırda müzakirə edilir. Çox güman ki, AST Telman da axtarışa veriləcək.
Xəbəri paylaş
6378 dəfə oxunub.
Digər xəbərlər

24-08-2020, 09:40
"Bavariya" Çempionlar Liqasının qalibi oldu
24-09-2015, 16:06
ƏBCƏD HESABI AZƏRBAYCAN ƏDƏBİYYATINDA
3-07-2017, 00:21
Konfederasiyalar kubokunun qalibi bəlli oldu
6-02-2017, 17:01
Androloqa müraciət etmək üçün 10 əsas səbəb – KİŞİLƏR, MÜTLƏQ OXUYUN
23-04-2015, 18:57
Kadırovdan: Kimliyindən asılı olmayaraq gullələ əmrin verdi
29-02-2016, 19:20
Sürücülərin nəzərinə: Sabahdan yeni cərimələr qüvvəyə minir – SİYAHI
11-01-2019, 15:20
Bakının bu mərkəzi rayonlarında su olmayacaq
2-09-2017, 11:48
Zümrüdün bacısı qızı bağçada döyüldü - FOTO
16-11-2019, 16:32
Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi