Müəllim niyə intihar etmək istədi?
Tarix: 28-04-2017 | Saat: 00:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
Quba rayonunda orta məktəb müəlliminin oteldə intihara cəhd etməsinin səbəbləri məlum olub.
"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, intihara cəhd edən Ruslan Zərbəliyev son günlər özünə qapanıbmış. Bir neçə gün öncə R.Zərbəliyevin başında kəskin ağrılar başlayıb və o, Qubada bununla bağlı həkimə müraciət edib.
Həkim məsləhəti ilə o, sakitləşdirici dərmanlar qəbul edib. Həkim eyni zamanda, R.Zərbəliyevə sakit yerdə istirahət etməyi də məsləhət görüb. R.Zərbəliyev bu məqsədlə rayon ərazisindəki "Oscar" otelə gəlib. Otelə gələndən 1 saat sonra onda yenidən baş ağrıları başlayıb və o, məktub yazaraq intihara cəhd edib. Müəllimin intihara cəhd etməsindən xəbər tutan otel nəzarətçiləri hadisə yerinə dərhal təcili yardım çağırıb və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, intihara cəhd edən R.Zərbəliyev hüquq-mühafizə orqanlarına verdiyi ilkin ifadəsində son günlər tez-tez özünə qapandığını və yaşamaq istəmədiyini bildirib. O deyib ki, psixi pozğunluq yarandığından son günlərdə insanlardan uzaq durmaq istəyib.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, aprelin 26-da Quba rayonunun Söhüb kənd orta məktəbinin müəllimi, Şamaxı rayonunun Göylər kənd sakini, 1990-cı il təvəllüdlü Ruslan Əlimustafa oğlu Zərbalıyev rayon ərazisindəki "Oscar" oteldə məktub yazaraq damarlarını kəsib.
Xəbəri paylaş
7198 dəfə oxunub.
Digər xəbərlər

29-08-2016, 14:04
Banklar bizi belə aldadır- VİDEO
5-11-2022, 10:42
Güclü külək olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
14-08-2016, 17:43
Prezidentdən ŞOK AÇIQLAMA: “Suriyaya getmək istəyənlərin...”
5-04-2018, 09:26
Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır
14-11-2018, 13:08
Azərbaycana bəzi məktəblər pullu olacaq
15-09-2020, 22:43
Küçədə yatan yeniyetmə ilə bağlı rəsmi AÇIQLAMA
24-04-2015, 14:19
Cennifer Lopez yeni xarici görünüşü
27-02-2016, 09:16
26 fevral 2016-ci il tarixdə rayonda Xocalı soyqırımının iyirmidördüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. BƏRDƏ (FOTO)
3-04-2016, 19:19
Ermənilər kəndlərimizi yenə atəşə tutdu