Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB
Tarix: 26-04-2017 | Saat: 17:12
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesində müşavirədən sonra hökm elan olunub.
APA-nın xəbərinə görə, hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.
***
saat 16.35
Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə övlət ittihamçısı çıxış edib. O, Ə. İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hazırda hakimlər müşavirədədir.
Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.
Xəbəri paylaş
7668 dəfə oxunub.
Digər xəbərlər

6-06-2022, 10:58
İyulda ardıcıl 4 gün İŞ OLMAYACAQ
25-01-2016, 12:09
İnternetdə qızının çılpaq şəkillərini gördü, elə döydü ki... - VİDEO
3-01-2017, 14:44
Bakıda ər-arvad faciəvi şəkildə öldülər
13-02-2016, 20:43
Azərbaycanlı deputatlar İsrail prezidentinin qəbulunda oldular
22-01-2018, 12:49
Təhsil nazirinin müavininə yeni vəzifə verildi - SƏRƏNCAM
4-04-2018, 10:19
"Real" və "Bavariya" 1/4 finala qələbə ilə başladı
15-06-2016, 12:08
Türkiyədən PKK rəhbərliyi ilə bağlı əmr - İlk dəfə
27-08-2017, 09:46
Təl Afər İŞİD-dən azad edildi
11-06-2017, 11:11
Çavuşoğlu ilə Tillerson Qətəri müzakirə etdi
19-11-2015, 12:04
Azərbaycan və Ermənistan prezidentləri görüşə bilərlər