Azərbaycanda 7 milyon insan risk altında - RƏSMİ AÇIQLAMA
Tarix: 24-04-2017 | Saat: 13:46
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır.
"Xəbəraz.az "Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitalogiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.
O qeyd edib ki, ölkənin 80% ərazisi malyariyaya görə endemikdir:
"Əsasən Mil-Muğan, Lənkəran, Aran rayonları, Quba-Xaçmaz zonasında xəstəliyi yayan ağcaqanadların artıb çoxalması üçün münbit şərait var. Malyariyanı yayan ağcaqanadlar çirkab, bataqlıq sularda deyil, qamışlıq, bataqlıq sularda, şirin sularda çoxalırlar. Xəstəlik əsasən iyun-oktyabr aylarında qeydə alınır. Digər aylarda xəstəlik baş verərsə, deməli bu ötən ildən qalıb və indi büruzə verir. 1 iyul - 30 oktyabr tarixlərində qeydə alınan xəstəliyin əsas əlamətləri üşütmə, titrətmə, hərarət, tərləmədir".
S.Məmmədov əlavə edib ki, ölkədə yerli malyariya baş verməsə də, başqa ölkələrdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur.
Onun sözlərinə görə, hər il ölkədə 1-3 sayda xarici ölkələrdən gətirilən malyariya xəstəliyi qeydə alınır:
"Keçən il 1, 2015-ci ildə 2, 2014-cü ildə 4 belə hal baş verib. Bu xəstəliyin ildırım sürəti ilə yayıldığını, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli olduğunu nəzərə alsaq, ilk dövrdə aşkarlanıb lazımi tədbirlər görülməlidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı belə xəstə liklərin gətirilmə ehtimalı daha çoxdur. Məsələn, ötən illərdə keçirilən Gənclər Forumuna gələn afrikalı əməkdaşda bu xəstəlik aşkarlanıb və vaxtında aşkar edilərək lazımi tədbirlər görülüb. Həmin şəxs sağaldılaraq ölkəsinə göndərilib. May ayında isə Bakıda IV İslam Həmrəyliyi oyunları keçiriləcək. Oyunlara görə ölkəmizə əsasən ərəb ölkələrindən çoxsaylı turistlər, qonaqlar gələcək. İslam ölkələrində də malyariya xəstəliyi qeydə alınır. Buna əsasən bütün qabaqlayıcı tədbirlər görülüb. Ehtiyat dərman preparatları var və mütəxəssislər daima məlumatlandırılıb. Əgər şübhəli şəxs olarsa, ondan qan nümunəsi götürülüb mərkəzin referans laboratoriyasında yoxlanılacaq. Bununla bağlı bütün lazımi tədbirlərə hazırıq".
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

6-03-2019, 14:47
Azərbaycanda əxlaqsızlıq yuvasına basqın
23-06-2018, 12:06
Bakıda yaşayış binası yanır
5-11-2016, 11:52
Kadırov Ərdoğana məktub yazdı, 3 adamı istədi...
10-07-2023, 11:22
Dünyanın ən yaxşı ataları bu bürclərdən olur - Tibb təsdiqləyir?
29-12-2022, 15:21
Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb? - AÇIQLAMA
8-11-2016, 19:19
Aqil Acalov: "Bayraq gününü eyvanlarmıza bayraq asmaqla qeyd edək"
13-05-2019, 17:31
“Bəxtimə 2 sakit kişi düşmüşdü, əl-qol atıb qaçırtdım” - 2 dəfə ailəli olmuş müğənnidən maraqlı AÇIQLAMA
4-10-2018, 18:30
"Dadsız idi". 12 yaşlı qız və sevgilisindən DƏHŞƏTLİ ƏMƏL: oğlanı öldürüb, bişirib yedilər - VİDEO - FOTO
19-11-2018, 16:20
Vüsalə əməliyyat olundu
7-01-2016, 11:28
Sami Yusuf “Əhli-Beyt”ə mahnı həsr etdi (VİDEO)