Evlərin hostelə çevrilməsi asanlaşır - Mənzil Məcəlləsinə dəyişiklik
Tarix: 24-04-2017 | Saat: 10:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.
"Xəbəraz.az "-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə məsələ Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.
Təklif edilən dəyişikliyi şərh edən "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, bu dəyişiklik insanlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etmələri üçün şərait yaradır:
"Hazırki qanunvericiliyə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalısan, ancaq dəyişiklikdən sonra mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcəyi üçün buna ehtiyac qalmır. Yəni hazırki qanunvericiliyə əsasən, mehmanxanalar qeyri-yaşayış kateqoriyasına aid edilir, dəyişiklikdən sonra isə mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcək. İnsanlar yaşayış evlərini alıb kiçik hostellər edirlər və onun üçün müvafiq icra hakimiyyətinə müraciət edirlər. Bu dəyişiklik Mənzil Məcəlləsinə ona görə edilir ki, icra hakimiyyətinə müraciət etməyə ehtiyac qalmasın, insanlar bunun üçün get-gələ düşməsinlər".
N.İbrahimov bildirib ki, bununla belə öz yaşayış evini mehmanxana və ya hostel kimi istifadə etmək istəyənlər Vergilər Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində qeyidiyyatdan keçməlidirlər, eyni zamanda müəyyən standartlar var ki, onlara əməl olunmalıdır.
O qeyd edib ki, yaşayış evi mehmanxana və ya hostel kimi istifadə edilirsə, onun giriş-çıxışı ayrı olmalı, ətafda yaşayan insanlara maneçilik törətməməlidir.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

13-06-2015, 13:46
Azərbaycanda internat evləri ləğv oluna bilər
1-12-2018, 14:56
Evdə arvadını başqa kişi ilə tutdu, kameraya çəkib paylaşdı, sonra... - Bakıda TÜKÜRPƏDƏN OLAY-VIDEO
19-08-2015, 23:20
"Türkiyəyə qatarla bir günə getmək olacaq"
9-05-2016, 14:25
Yarım saniyəyə dolan akkumulyator yaradıldı
25-11-2016, 22:42
"Klon" serialının "İvet"i illər sonra - FOTO
18-07-2017, 16:47
Arzu Əliyevanın qayınanası ilə fotosu
15-09-2019, 11:59
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
10-03-2021, 13:02
Neftin sürətlə ucuzlaşmasının səbəbi... - Ekspert