ATV-də qalmaqallı görüntülər - Kanaldan açıqlama+VİDEO
Tarix: 21-04-2017 | Saat: 16:26
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
ATV-də yayımlanan “İdeya Qazandı” verilişinə qatılan gənc öz layihəsini təqdim etməyə çalışıb.
Kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.
Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb.
Bu barədə BakiPost.az-a açıqlamasında ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir:
“Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.
Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb”.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

15-01-2017, 11:19
Türkiyədə partlayış: 9 yaralı
25-02-2018, 13:03
Bu gündən seçicilərə səsvermə vəsiqəsi verilir
25-11-2019, 17:49
Elçin Quliyev müşavirədə rəisi işdən çıxardı
24-04-2015, 21:21
Bakıda məcburi köçkünün məskunlaşdığı ev yanıb
20-05-2018, 17:03
Bu insanların orucu qəbul olmur (SİYAHI)
24-07-2017, 10:34
Bakı çimərliklərində dəhşətli gün: 3 NƏFƏR ÖLDÜ
2-08-2015, 19:13
Bakıda gecəyarısı evə girən oğru 2 kiloqram ət apardı
2-01-2017, 02:55
Həbsxanadan 10 məhkum qaçdı
10-04-2017, 20:42
Bakıda 108 minlik ŞANTAJ: fotoları yaymaqla hədələyiblər