Sudan xlor iyi gələndə...
Tarix: 21-04-2017 | Saat: 15:22
Bölmə:Karusel / M2 / Aktual | çapa göndər
Bakıda mənzillərə verilən suyun tərkibinə xlorun normadan artıq vurulması barədə paytaxt sakinlərindən müraciətlər var. Paytaxtın Xətai rayonu General Əliağa Şıxlinski küçəsində və Suraxanı rayonu, Bülbülə qəsəbəsində, Sabunçu rayonunun qəsəbələrində və digər yerlərdə yaşayanlar deyirlər ki, sudan tez-tez kəskin xlor iyi gəldiyinə görə ondan yemək bişirmək və içmək, çay qaynatmaq üçün istifadə edə bilmirlər.
Şikayətlərlə bağlı "Azərsu" ASC ilə əlaqə saxlanılıb. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org-a açıqlamasında bildirdi ki, suyu təmizləmək üçün tərkibinə vurulan xlor yol verilən miqdardan çox deyil: "Suyun xlorlanması standartlara uyğun olaraq həyata keçirilir. Bu proseslər avtomatlaşıb və burada insan amili yoxdur. Suyun tərkibinə vurulan xlorun yol verilən miqdarı 0,3-0,5 mq/l-dir. Ola bilər ki, bir gün 0,2 mq/l vurulsun, o biri gün 0,3 mq/l və bu baxımdan həssas olan insanlar suda xloru hiss edə bilərlər. Amma heç vaxt suyun xlorlanması yol verilən miqdardan kənara çıxılmır", - A.Cəbrayıllı bildirib.
ASC rəsmisi, həmçinin qeyd etdi ki, suya xlorun normadan artıq vurulması ilə bağlı məsələyə xüsusi nəzarət olunacaq və lazımi şöbələrə tapşırıq veriləcək.
Qeyd edək ki, su vasitəsilə yüksək dozada xloridin qəbulundan, ilk növbədə, insanın tənəffüs orqanları əziyyət çəkir, bronxitə səbəb ola bilir. Mütəxəssislərə görə qaraciyər xərçəngi və böyrək şişlərinin 2%-i içməli suyun həddindən artıq xlorlanması səbəbindən baş verir.
Bəzi mütəxəssislər suyu xlorla təmizləməyi məsləhət görmürlər. Çünki bu kimyəvi maddə heç də bütün zərərli mikroorqanizmləri məhv etmir, onların çoxu sağ qalır, bədənimizi zəhərləməyə davam edir. Bu toksinlər xlorla əlaqəyə girib genetik səviyyədə pozuntulara səbəb olmaq gücündədir. Hətta tez-tez xlorlu su ilə duş qəbul etdiyiniz zaman xlorun böyük dozası dəri vasitəsilə orqanizmə daxil olur. Bu vaxt toksinlərin qana düşməsi 20-30% artır. Bəzi inkişaf etmiş ölkələr xlordan imtina ediblər, suyu ultrabənövşəyi şüalar, ozon vasitəsilə zərərsizləşdirirlər.
Xəbəri paylaş
7498 dəfə oxunub.
Digər xəbərlər

12-02-2017, 10:49
Azərbaycanlı müğənni Damla Instagram-da fenomenə çevrildi -FOTOLAR
4-05-2015, 23:50
Mən vəhşi qadınam”. -FOTO
7-05-2016, 02:10
“07”nin sürücüsü qəza törədib qaçdı - 3 yaralı+Foto
13-07-2017, 11:01
"Vur, komandir, vur!" hadisəsinin qəhrəmanı ata oldu - FOTO
6-10-2015, 00:22
PKK hərbi maşını partlatdı - Yaralılar var
13-04-2016, 13:06
Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna mart ayı ərzində yığılan vəsaitin həcmi açıqlanıb
16-12-2017, 11:40
Canlı yayımda azərbaycanlı jurnalistlə erməni ekspert arasında əlbəyaxa dava olub - VİDEO
20-12-2018, 10:56
Rektordan kollektivə böyük jest
13-04-2015, 15:59
Alimlərimizin yeni uğurlu ELMİ
9-08-2020, 16:07
Məşhur aktrisa hamilədir? (FOTO)