Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehdiabadda qayınanasını öldürüb, evi yandıran Samux sakini 18 il cəza aldı - FOTO
Tarix: 18-03-2015 | Saat: 21:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Mehdiabadda qayınanasını öldürüb, evi yandıran Samux sakini 18 il cəza aldı - FOTO
O, qadının saçlarından tutaraq boğaz nahiyəsini yataq otağında olan kamodun tininə vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Samux rayon sakini Səbuhi Babayevin (1988-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, ötən il iyulun 26-da, saat 11 radələrində Səbuhi Babayev Abşeron rayonu, Mehdiabad qəsəbəsində salınmış yeni məhəllədə yerləşən, qayınanası Məlahət Rəsulovaya məxsus fərdi yaşayış evində sonuncu ilə arasında baş vermiş mübahisə zamanı onu evin yataq otağında olan kamoda 3 dəfə vurub sifət və boğaz nahiyələrinə xəsarətlər yetirib, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisənin səhərisi günü Səbuhi Babayev Abşeron RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Məlahət Rəsulovanın ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

Aparılmış istintaqla müəyyən edilib ki, Səbuhi Babayev Samux rayonunda pasport qeydiyyatında olsa da təxminən 2 il yarımdır ki, iki ay əvvəl rəsmi nikaha daxil olduğu Aysel Rəsulova ilə birlikdə qayınanası Məlahətə məxsus evdə yaşayıb. 2014-cü il iyunun 1-də qız toyu olsa da, oğlan toyunu avqustun əvvəllərinə planlaşdırıblar. Oğlan toyunun təşkli edilməsinə etiraz etdiyindən onun qayınanası ilə münasibətləri pisləşməyə başlayıb. İyulun 26-da səhər arvadını “İçərişəhər” metrosunun yaxınlığında mühasib işlədiyi şirkətə aparandan sonra yaranmış anlaşılmazlıqları aydınlaşdırmaq məqsədilə yenidən evə qayıdıb və Məlahətlə mübahisə etməyə başlayıb.

Həmin vaxt toy Gəncə şəhərində olacağı təqdirdə özünə qəsd edəcəyini və evi yandıracağını deyən Rəsulovanın saçlarından və paltarından tutaraq onun boğaz nahiyəsini yataq otağında olan kamodun tininə vurub. Bunu eyni üsulla üç dəfə təkrar edib, üçüncü dəfə əlini Məlahətin saçından və paltarından buraxmayaraq onun boğaz nahiyəsini var qüvvəsilə kamodun küncünə vuraraq sıxıb. Bundan sonra sonuncu çarpayıya yıxılıb və hərəkətsiz vəziyyətdə qalıb.

Səbuhi Babayev cinayətin izlərini itirmək məqsədilə zirzəmidən 2 litr həcmli plastik qabda gətirdiyi neft məhsulunu otağa tökərək alışqanla yandırıb və şübhələri özündən yayındırmaq məqsədilə sonuncunun istifadəsində olan mobil telefondan arvadı Aysel Rəsulovanın telefonuna qayınanasının adından “qonşuyla dalaşdıq, polisə zəng vuracam” məzmunlu sms göndərib. Evi yandırdıqdan sonra “Nəriman Nərimanov” metrostansiyasının yanında Aysel Rəsulova ilə görüşüb, sonuncunun anasının onun mobil telefonuna mesaj göndərməsi səbəbindən narahat olması ilə bağlı evə getməsini müxtəlif bəhanələr gətirərək ləngidib.

Məlum olub ki, Səbuhi Babayev Məlahət Rəsulovaya məxsus evi içərisindəki əşyalarla birlikdə yandıraraq 16 832 manat dəyərində olan əmlakını qəsdən məhv edib.

Məhkəmə prosesində Səbuhi Babayev ittiham üzrə özünü qismən təqsirli hesab etməklə əməlindən peşman olduğunu bildirib.

Zərərçəkən Aysel Rəsulova anasının evdə öldüyünü artıq polis şöbəsində olarkən bildiyini göstərib. Ona məlum olub ki, anası əri Səbuhi tərəfindən qəsdən öldürülüb və sonra etdiyi cinayəti gizlətmək məqsədilə evi yandırıb. Zərərçəkən bildirib ki, Səbuhinin Məlahət Rəsulova ilə aralarında mübahisələri ev üstündə olub, belə ki, Babayev evi onun adına rəsmiləşdirməyi tələb edib, anası isə evi öz oğluna verəcəyini deyib.

Məhkəmədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, yəni Məlahət Rəsulovanı yaşadıqları evdə pilləkənə itələməsi, sonra boğaz nahiyəsinə əli ilə zərbə endirərək öldürməsi, öldürdükdən sonra qayınanasının mobil telefonundan heç kimə sms göndərməməsi barədə göstərdikləri bir daha yoxlanılıb və toplanmış şahid ifadələri və digər materiallarla tam təkzib olunub.

Məhkəmənin hökmü ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.














Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___