Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Araz Əlizadənin "avara" söhbətinə şou əhlindən də reaksiya gəldi
Tarix: 18-04-2017 | Saat: 21:57
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

Araz Əlizadənin "avara" söhbətinə şou əhlindən də reaksiya gəldi

Son iki günün ən çox müzakirə olunan mövzusu Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin verdiyi müsahibəsində söylədiyi fikirlərdir.
"Xəbəraz.az " big.az-a istinadən bildirir ki, partiya sədri onu "Facebook"da tənqid edənlərlə bağlı verilən suala cavabında: "Orada hər yoldan keçən ağzına gələni yazır. Mənim də vaxtım yoxdur ki, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki "Facebook"da olanların hamısı avara, işsiz-gücsüz adamlardır" - deyib.

Başda "Facebook" olmaqla, digər sosial şəbəkələrdə aktiv olan sənətçilərimiz məsələyə münasibəti birmənalı olmayıb:

Məsələn, tanınmış şoumen Murad Arif bizimlə söhbətində Araz Əlziadənin fikirləri ilə qismən razı olduğunu dilə gətirib:



"Ölkədəki işsizlik faizini nəzərə alsaq, sosial şəbəkələrə artıq vaxt, hardasa işsizliyin bir nəticəsi ola bilər. Amma mən "avara" ifadəsini dilimə gətirə bilmərəm. Tanıdığım minlərlə insan var ki, iş-güc sahibidir, cəmiyyətdə mövqeyi, vəzifəsi var. Eyni zamanda da sosial şəbəkələrdə aktivdir. Sosial şəbəkə fikir mübadiləsi aparmaq üçün yaxşı bir vasitədir. Bir disput yeridir, müzakirə məkanıdır. Yəni həmin xoşagəlməz ifadələri "Facebook"da olan insanların hamısına şamil etmək olmaz.
Mən ictimai simayam. "Facebook"dan, "İnstagram"dan, "Twitter"dən də fikirlərimi asan bir şəkildə ifadə etmək üçün platforma kimi istifadə edirəm. Yəni radioya gedənə və ya sayt və qəzetlərə ağız açana qədər öz düşüncəmi status olaraq yazıram. Bu da, dəfələrlə olduğu kimi xəbərə, olaya çevrilib və çevrilir. Yazdığım hər statusu sonradan xəbər halında görmək, məni çox sevindirir. Bu baxımdan nə yaxşı ki, sosial şəbəkələr var. Qısası, mən sosial şəbəkələrin tərəfdarıyam. Amma gərək aludəçisi olmayasan. Hər şey öz qədərində gözəldir".

Xalq artisti, müğənni Faiq Ağayev də A.Əlizadənin fikirlərinə münasibət bildirib:



"Burada çox vacib iki məqam var; Birincisi, istənilən ümumiləşdirmə, adətən, müəyyən axsaqlıq verir. İkincisi, bu sözlər kimin barəsində deyilib - həmin rəyləri oxumamışam. Lakin əksər hallarda bu cür qiymətləndirmələr düzgün çıxır. Çünki biz hansı internet səhifələrdə və ya hansısa məşhurun - ictimai-siyasi xadimin, idmançının, şəklinin altında bəzən doğrudan da, mənasız tənqidlər, ədəbsizlik görürük. Hətta olur ki, əxlaqi normaları elə aşırlar, adam bundan dəhşətə gəlir. Ona görə də, həmin fikirlərlə qismən razıyam. Bu cür əsassız, heç bir etika normasına, qaydasına riayiət etməyən rəylərin sahiblərini boş-bekar adlandırmaq olar. Hələ yumşaq deyirəm..."

Əməkdar artist, müğənni Lalə Məmədova isə deyir ki, doğrudan da, indi "Facebook"da avara adamlar çoxalıb:



"Araz Əlizadənin çox adamlar top-tüfəngə tutublar... Amma onun sözlərində müəyyən qədər həqiqət var. Çünki əvvəllər sosial şəbəkələrdə, həmçinin də "Facebook"da intellektual, cəmiyyətlə ayaqlaşan, ictimaiyyət adamları var idisə, indi avara adamlar da çoxalıb. Axı, bunu niyə danırıq? Elə danışırıq ki, sanki hamı ideladır. Biz ki, sosial şəbəkədə necə adamların oturduğunu yaxşı görürük. Gün ərzində mənə "Facebook"da məktub yazan, ümumiyyətlə, şərh bildirən insanların hamısı normal əqlə, işə-gücə malik adamlardır ki? Xeyr, elə deyil axı. Mənim "Facebook"da izlədiyim o qədər ictimaiyyət adamları var, onlardan çox şeylər öyrənirəm. "Facebook" mənim üçün dünyaya çıxış deməkdir. Burada Amerikadan hansısa bir musiqiçinin göndərdiyi mahnını dinləyirəm. Yaxud Avropada bir dostumun mənə göndərdiyi hansı bir yeniliklə tanış oluram. Əvvəllər dünya ilə əlaqəmiz yox idi. Amma indi bu baxımdan sosial şəbəkələr geniş imkanlara malikdir. Dünyanın o başında hansısa ölkədə hər hansı bir hadisə baş verəndə, dostlarımızla əlaqə saxlayıb, məlumat alırıq. Məncə, Araz Əlizadənin dediklərini bu qədər böyütmək lazım deyil. Yəni "Facebook"da mənə normal, ağlı başında olan adamda yazır, avara, işi-gücü olmayan, əqli cəhətdən problemi olan da... Yaxşı ki, "Facebook"da "blok" funksiyası var. İstəmədiyin adamı "blok"layırsan, məsələ bununla da bağlanır. Yəqin Araz Əlizadənin "blok" funksiyasından xəbəri yoxdur".

Müğənni Faytonçu Nazim (Pişyari) isə millət vəkilinin müsahibəsində söylədiyi fikirlərinə olduqca sət cavab verib:



"Bəzi millət vəkillərinin başı xarab olub, ağıllarını itiriblər. Məgər sosial şəbəkələrdə, yaxud da "Facebook"da "oturanlar"ın hamısı avaradır. Bu insanlar ciddi işlə məşğuldurlar, pul qazanırlar. İş-güclə məşğuldurlar. Aylarla-illərlə görmədikləri insanlarla ünsiyyətə girmək baxımından sosial şəbəkələr əvəzsiz vasitədir. Araz Əlizadə özü guya "Facebook"da yoxdur? Belə çıxır ki, onun özü də avara adamdır da... Şəxsən mənim üçün "Facebook" reklam xarakteri daşıyır. Mən bu sosial şəbəkədə mahnılarımı, kliplərimi reklam etdirirəm".



Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
15-06-2016, 21:34 Cəbhədə 3 mina tapıldı

bütün xəbərlər
____ Instagram ___