Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Yoldaşım dedi ki, qızımızı bataqlığa soxdun” - Roza Zərgərli
Tarix: 18-04-2017 | Saat: 17:01
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Məşhurların Taleyi | çapa göndər

“Yoldaşım dedi ki, qızımızı bataqlığa soxdun” - Roza Zərgərli

“Çox dəyişmişəm, qəddarlaşmışam, hər şeydən uzaqlaşmışam. Süni insanların yanında dayana bilmirəm. Çox şeyə də qadağa qoymuşam. Ümumiyyətlə, ətrafımdan hər kəsi silmişəm. Sadəcə saxtakar insanları sevmirəm”.

Bu sözləri müğənni Roza Zərgərli “Şou-məkan” proqramında deyib.

İfaçı bildirib ki, ona paxıllıq edənlər, yolunu kəsənlər çoxdur:

“O paxıllıq edir, o bilir ki, sən düşdüyün yerdə ondan yaxşı olacaqsan, o, özünə güvənmir, o, özünün fəaliyyətindən qorxur. Bu, qorxaqlıq və paxıllıq əlamətidir.

Elə məclis var ki, başdan-ayağa mən idarə edirəm. Çox ifaçı dostlarımız gəlir. Elə adam var ki, mən onunla danışmıram. Ancaq o da mənim məclisimdədir. Ev yiyəsinin heç xəbəri də yoxdur ki, mənim bununla münasibətim yaxşı deyil. Həmin adamlar öz məclisləri olanda min cür oyun qurub deyirlər ki, Roza burda yoxdur, xaricdədir. Onu düşünsünlər ki, ruzini verən Allahdır. Sən bəndəsən, heç kimsən. Burdan sən kəsəcəksən, ordan Allah ikiqat, üçqat verəcək”.

Müğənni övladlarının aktyorluq fəaliyyətindən bəhs edib:

“Dostum Nadir Maçanov mənə zəng etdi ki, sənə bir işim düşüb, mənə bir neçə aktyor lazımdır. Yeni filmə başlayırıq. Mən də dedim ki, bəzi şəkillər var, onu sənə ataram. Şəkillərə baxandan sonra dedi ki, mən bu qızı çəkmək istəyirəm. Dedim Nadir bu qız alınmayacaq. Onun ailəsi bir az qalmaqallı ailədir. Mən indi deyə bilmirəm ki, bu, mənim qızımdır, şəkil sənə səhv gedib. Axırda Nadirə dedim ki, əl çək, bu qız mənim qızımdır, qoymayacaq çəkilməyə. Axırda dedim ki, yaxşı ssenarini ver, evdə oturaq baxaq. Ssenariyə baxdım, gördüm gözəl ssenaridir. Əyri-əskik bir şey yoxdur.

Həyat yoldaşım buna narazıçılıq etdi. Dedi ki, "Özü səhərə kimi o səhnə mənim, bu səhnə sənin, gəzir. Oğlunu da həmin bataqlığa soxdu. Bir qız qalmışdı, onu da bataqlığa soxdu. Axırda məni də salarsız həmin yerə”. Amma nə edək".



Xəbəri paylaş

9658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___